60 günlük razılaşma hazırlanır
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
22:42 | 4 sentyabr 2024 | Çərşənbə
Məqaləyə 557 dəfə baxılıb
Şriftin ölçüsü
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
İranın isə vaxtı daralır
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
ABŞ Ədliyyə Nazirliyi Rusiyaya bağlı bəzi media qurumlarını və sosial media platformalarını noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib. Nazir Merrik Qarland nazirlikdə keçirdiyi mətbuat konfransında Moskva rəhbərliyini hədəf alan açıqlamalar verib və yeni sanksiyaları açıqlayıb.
Qarland iddia edib ki, Rusiyanın “Russia Today” (RT) dövlət kanalı Moskva administrasiyası tərəfindən “Amerikada prezident seçkiləri öncəsi ictimai rəyi yönləndirmək” və bununla da seçkilərə təsir etmək üçün gizli şəkildə istifadə edilib.
Merrik Qarland təkcə RT-nin deyil, Moskvanın yönləndirdiyi bir çox sosial media platforması və istifadəçilərinin də Amerika ictimaiyyətinə təsir göstərməyə, seçkilərə müdaxilə etməyə çalışdığını iddia edərək, bu şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edəcəklərini bəyan edib.
Qarland, RT-nin iki əməkdaşı Konstantin Kalaşnikov və Elena Afanasyevanın sosial media platformaları vasitəsilə ABŞ-da siyasi təsir yaratmaq üçün 10 milyon dollar xərclədiyini təsbit etdiklərini və bu iki adı sanksiya siyahısına saldıqlarını açıqlayıb.
ABŞ-lı nazir İran və Çin, eləcə də Rusiya kimi dövlətlərin ABŞ-ın siyasi sisteminə və prezidentlik yarışına birbaşa olmasa da dolayısı ilə təsir göstərməyə çalışdıqlarını, bu addımları yaxından izlədiklərini və lazımi ehtiyat tədbirlərini gördüklərini vurğulayıb.
ABŞ Ədliyyə Nazirliyi, həmçinin Rusiyaya bağlı iki media-kommunikasiya şirkəti, Sosial Dizayn Agentliyi (SDA) və “Structura National Technology” ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyə çalışdıqlarını və bu kontekstdə sanksiyalara məruz qalacaqlarını açıqlayıb.
ABŞ kəşfiyyatı belə qənaətə gəlib ki, Rusiya RT və digər media qurumları vasitəsilə 2016-cı il prezident seçkilərinə müdaxilə etməyə cəhd edib. Moskva isə seçkilərə müdaxilə iddialarını rədd edib.