
İqlim dəyişikliyi: səbəb, yoxsa nəticə?
Avropada meşə yanğınları Lüksemburq böyüklükdə ərazini məhv edib
Avropada meşə yanğınları Lüksemburq böyüklükdə ərazini məhv edib
Almaniyanın miqrasiya siyasətində “U” dönüş
Almaniyada tək yaşayanların sayı sürətlə artır
Tramp: “ABŞ ödənişi alacaq”
Ukraynaya dəstək üçün “yumşaq əllər cibə” çağırışı
Almaniyada 3 min xilasediciyə ehtiyac var
Avropa ölkəsində diqqətçəkən sorğu
KNDS-in dəyərinin təxminən 20 milyard avro olduğunu bildirilir
Sığorta şirkətləri müflis olma durumunda
Avropa müdafiəsi ABŞ-a əmanət edilir?
Marketlərdə bu iki məhsuldan uzaq durun
“Avropa öz təhlükəsizliyinə daha çox məsuliyyət daşımalıdır”
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
Almaniyada hərbi xidmət gənclər üçün cazibədar edilir
35 il əvvəl yox olduğu düşünülən virus Almaniyada yenidən peyda oldu
Almaniyanın keçmiş İqtisadiyyat naziri xaricə köçür
İkinci dünya müharibəsindən sonra Almaniya Federativ Respublikasının (Qərbi Almaniya) ilk baş naziri olan və bu vəzifəni 14 il tutan Konrad Adenauerin darmadağın olmuş, sözün gerçək mənasında “daş üstdə daş qalmayan” Almaniyanın yenidən dirçəlməsində, “alman möcüzəsi” deyilən fenomenin yaranmasında müstəsna xidməti olub.
O, 1876-cı il yanvarın 5-də Köln şəhərində doğulub. Atası kiçik dövlət qulluqçusu idi. Kornard 1894-cü ildə Bonn universitetinə daxil olub. Az təhsil haqqı ödəmək üçün gecə-gündüz oxuyaraq 5 illik kursu 2,5 ilə bitirib.
1906-cı ildən 1933-cü ildə qadağan olunana qədər Mərkəz partiyasının üzvü olub. 1917-1933-cü illərdə Kölnün ober-burqomistri vəzifəsini tutub. Nasizmin qəti əleyhdarı olan Adenauer 1933-cü ilin fevralında Hitler Kölnə gələndə onu hava limanında qarşılamaqdan imtina edib, müavinini göndərib. Svastikalı bayraqların asılmasını da qadağan edib.
Hitlerin səfərindən təxminən 1 ay sonra istefa verən Kornard, çox qəribədir ki, nasizmin bir çox əleyhdarları kimi mühacirət etməyib. 1934-cü ildə qısa müddətə həbs edilib. 1944-cü ildə Hitlerə uğursuz qəsddən sonra yenə həbs olunub və 6 ay sonra buraxılıb. Maraqlıdır ki, nasist Almaniyasında rejimin əleyhdarı olduğunu gizlətməyən adam nəinki salamat qalıb, hətta təqaüd də alıb. Bu, Stalin dövrünün SSRİ-sində mümkün deyildi.
Müharibədən sonra, 1945-ci ildə Almaniya Federativ Respublikasında (AFR) Xristian-Demokratik İttifaq partiyasının əsasını qoyanlardan biri olan Adenauer 1949-cu ilin avqustunda Bonn şəhərindən parlamentin (bundestaq) deputatı seçilir. Bir ay sonra isə təşkil etdiyi koalision hökumət parlamentdən minimum üstünlüklə (402 nəfərdən 202) etimad alan 73 yaşlı Kornard kansler seçilir. O, bu vəzifəni 14 il tutur, üstəlik, 1951-1955-ci illərdə həm də xarici işlər naziri olur.
Adenauerin hakimiyyəti dövründə Almaniya sürətlə inkişaf edir. Bu, bir tərəfdən ABŞ-ın Marşall planı çərçivəsində yardımı, digər tərəfdən də iqtisadiyyat naziri Lüdviq Erhardın hazırladığı sosial yönümlü bazar iqtisadiyyatı siyasəti ilə bağlı idi. Nəticədə müharibədən cəmi 10 il sonra Almaniya bütün proqnozları alt-üst edərək həyat səviyyəsinə görə qabaqcıl Avropa ölkələri cərgəsinə qoşulur.
1961-ci ildə işsizlik 0,7 faiz kimi aşağı göstəriciyə çatdı. Halbuki müharibədən sonra müxtəlif ölkələrdən qovulan, eləcə də Şərqi Almaniyadan qaçan milyonlarla alman qaçqın vardı.
Cəmi 40 il sonra müharibənin qalibi SSRİ məğlub Almaniyadan borc dilənirdi.
1963-cü ildə Konrad Adenauer istefasından sonra onu Erhard əvəzləyib. Sadəcə bundestaqın deputatı kimi qalan Adenauer 1967-cil aprelin 19-da 91 yaşında vəfat edib.