Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:16 | 25 mart 2025 | Çərşənbə axşamı
Məqaləyə 322 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya Mərkəzi Bankı (RMB) hökuməti neft qiymətlərinin 1980-ci illərdə baş verən və SSRİ-nin dağılmasında rol oynayan genişmiqyaslı və uzunmüddətli ucuzlaşmasının təkrarlanma ehtimalı barədə xəbərdar edib.
“Reuters” agentliyinin tanış olduğu hesabatda bildirilir ki, bu, ABŞ-da və OPEK-dən kənarda neft hasilatının kəskin artımı ilə əlaqəli ola bilər.
Baş nazir Mixail Mişustinin rəhbərlik etdiyi tədbir üçün hazırlanmış təqdimatda qeyd olunur ki, OPEK-in mövcud ehtiyat gücləri artıq Rusiya neft ixracının həcmi ilə müqayisə edilə biləcək səviyyəyə çatıb ki, bu da qiymətlərin sabitliyi üçün risk yaradır.
Sənəddə, həmçinin, 1974-1985-ci illərdən sonrakı vəziyyətə tarixi paralel aparılıb – həmin dövrdə yüksək qiymətlərdən sonra 18 il davam edən ucuz neft dövrü yaşanmışdı.
Rusiya Mərkəzi Bankı daha əvvəl ölkə iqtisadiyyatının neft qiymətlərindən asılı olduğunu vurğulamışdı, lakin ilk dəfədir ki, uzunmüddətli ucuzlaşma ssenarisini nəzərdən keçirir.
İqtisadiyyat Nazirliyi isə öz hesabatında digər təhlükələrə diqqət çəkib: investisiyaların azalması, xərclərin artması və problemli borclar.
Hələlik OPEK-in tədarükü kəskin artırmağa hazır olduğuna dair əlamətlər yoxdur. Lakin ABŞ və OPEK-dən kənar bəzi ölkələr (məsələn, Braziliya və Qazaxıstan) hasilatı artıra bilər. Bu, xüsusilə vacibdir, çünki Rusiya büdcəsinin üçdə biri neft-qaz gəlirlərindən formalaşır.