Dincəlmək və yenilənmək
Otellərdən xəbərlər və isti ölkələrə səyahət!
13:40 | 18 aprel 2025 | Cümə
Məqaləyə 451 dəfə baxılıb
Şriftin ölçüsü
Otellərdən xəbərlər və isti ölkələrə səyahət!
Bir millət elmə arxa çevirəndə, bunun hesabını gələcək nəsillər ağır ödəyir
Avtonom “Ghost Shark”lara 1,1 milyard xərclənəcək
Xəsarət barədə məlumat verilmir
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
18 milyon dollara lüks hotelə çevrildi
Neftdən sonra ən çox valyuta gətirən sektoruna yeni çağırışlar
Süni peyk görüntülərində ABŞ hücum qrupunun İranın qapısında olduğu məlum olub
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Yüzlərlə turist Türkiyədə hotellərdə çıxılmaz vəziyyətdə qaldı
“Ən yaxşı qiymət” tələbi illərlə davam edib – Avropa şirkətləri zərərin ödənilməsini istəyir
İtaliyanın məşhur turizm bölgəsində dilənçilik qadağasına sərt reaksiya
Dənizçilik fəlakətinin zəhərli mirası Şri-Lankaya milyardlarla plastiklə qayıdır
Hansı dövlətin vətəndaşları daha çox ölkəyə vizasız səfər edə bilir?
Leipzigə məcburi eniş
Bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalaraq 508 min nəfər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 4,0 dəfə, Tacikistandan - 2,0 dəfə, Çindən - 1,8 dəfə, İordaniyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Hindistandan - 47,6 faiz, Qırğızıstandan - 32,6 faiz, Yaponiyadan - 26,5 faiz, Misirdən - 25,0 faiz, ABŞ-dan - 17,3 faiz, Kanadadan - 15,2 faiz, Niderlanddan - 12,2 faiz, Pakistandan - 11,5 faiz artsa da, Avropa Birliyindən gələnlərin sayı 7.8 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz, MDB dövlətlərindən gələnlərin sayı 10.7 faiz azalıb.
Göründüyü kimi, 3 əsas istiqamət üzrə ölkəmizə gələn turistlərin sayında azalma qeydə alınıb. Azərbaycan üçün gəlmə turizmdə əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk rübünü gəlmə turizm azalma ilə başa vurub.
Bu ilin birinci rübündə gələnlərin 24,7 faizi Rusiya, 18,3 faizi Türkiyə, 10,8 faizi Hindistan, 9,8 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 2,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Özbəkistan, 1,7 faizi Çin, hər birindən 1,5 faiz olmaqla Türkmənistan, Ukrayna və İsrail, 1,2 faizi Küveyt, 1,0 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olub.
Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb.