
Suriyada qan su yerinə axır
Ərəb qəbilələrindən 50 min döyüşçü Süveyda şəhərinə yaxınlaşır
Ərəb qəbilələrindən 50 min döyüşçü Süveyda şəhərinə yaxınlaşır
Normallaşma perspektivi, demək olar ki, yoxdur
Dürzilər Suriya, Livan, İordaniya və İsrail də daxil olmaqla bir çox ölkəyə yayılıblar
Baş Qərargah binasının girişi vuruldu
Suriyaya qarşı sanksiyaların ləğvindən sonra ...
Ulduzların sayı artırılıb, buğda sünbülləri çıxarılıb
Livan terror təşkilatı ilə tam bacara bilmir
İsrail və Suriya arasında təmas
Buğdada məhsuldarlıq iki dəfə azalıb, ölkənin ərzaq təhlükəsizliyi risk altında
Dəməşqdə baş verən terror aktında zərərçəkənlər haqda məlumat verilməyib
Dəməşq kilsəsinə bombalı hücum
Suriyanın diktator prezidentinin əmisi oğlu axtarışda idi
Terror təşkilatı Suriya və İraqda yenidən təşkilatlanır
Tom Barak: “Bu gün bizim maraqlarımız üst-üstə düşür”
Uşaqların mübahisəsi kütləvi toqquşmaya çevrildi
İtkin düşən ABŞ jurnalisti Əsəd rejimi tərəfindən həbs edilib
“The Washington Post” yazıb ki, Suriyanın müvəqqəti prezidenti Əhməd Şara xarici islamçı yaraqlıların və radikal qrupların təzyiqi altında çətin siyasi proseslə üzləşib. Qəzet Şaranı hakimiyyətə gətirən bu qrupların ABŞ, Türkiyə və Qərb dövlətləri ilə əməkdaşlıq etdiyi və şəriət qanunlarını tətbiq etmədiyi üçün ona qarşı çıxdığına diqqət çəkib.
Hesabatda vurğulanıb ki, Şara keçmiş prezident Bəşər Əsədə qarşı mübarizə aparan xarici islamçı müxalifət qruplarının təsiri altında ciddi sınaq qarşısındadır. Bildirilib ki, əvvəllər Əsəd rejimini devirməyə cəhd edən bu qruplar indi Şaranın siyasi varlığını təhdid edə bilər. “The Washington Post” da Suriyada yeni vətəndaş müharibəsi riskinin olduğunu qeyd edib.
***
Hesabatda Heyət Təhrir əl-Şamın (HTS) başçılıq etdiyi bir çox islamçı müxalif qrupların İŞİD və digər radikal qruplaşmalar kimi terror təşkilatları ilə əlaqəsi olduğu və bu qrupların Şara üçün “bəla doğurduğu” iddia edilib.
Hesabatda yer alan məlumatda bu qrupların bəzilərinin mart ayında Suriya sahillərində ələviləri hədəf alan qırğınlarda iştirak etdiyi və yerli Suriya mediasına görə ən azı 1300 nəfərin öldürüldüyü qeyd edilib. Həmçinin Suriyadakı xristian və druz icmalarının da hakimiyyət dəyişikliyindən sonra qanlı məzhəb zorakılığı ilə üzləşdiyi bildirilib.
“The Washington Post” qəzeti ən radikal xarici islamçıların indi qəzəblərini Şaraya yönəltdiyini iddia edib və buna səbəb kimi onun şəriət qanunlarını tətbiq etməməsini göstərib.
***
“Bu yaraqlılar Avropa və Mərkəzi Asiya kimi regionlardan gəliblər və Bəşər Əsəd rejiminin devrilməsinə töhfə veriblər. Bununla belə, bəziləri indi Müdafiə Nazirliyində yüksək vəzifələrə təyin edilsə də, bu əcnəbi yaraqlıların ölkədə qalması həm daxili sabitliyi təhdid edir, həm də beynəlxalq dəstək axtarışlarını çətinləşdirir. Bununla belə, ABŞ bu xarici yaraqlıların Suriyaya təzyiq göstərməməsini tələb edir, onları yeni orduya inteqrasiya etməyə və onları ictimaiyyətin gözündən uzaq tutmağa çalışır.
Bu qruplar Şaranın ABŞ və Türkiyə ilə əməkdaşlıq edərək Suriyadakı radikal qruplara qarşı addımlar atmasından şikayətlənir”.
ABŞ prezidenti Donald Tramp ötən ayın əvvəlində Şara ilə görüşüb və əksəriyyəti Əsəd dövründə tətbiq edilən sanksiyaların ləğv edildiyini açıqlayıb. Şara bu addımla bağlı bunları deyib: “Bu, xalqın əzabını yüngülləşdirən, yenidən doğulmasına töhfə verən və regionda sabitliyin əsasını qoyan tarixi və cəsarətli bir qərardır”.
Lakin Tramp və Şara görüşdükdən qısa müddət sonra sələfi cihadçılığının aparıcı ideoloqlarından olan Əbu Məhəmməd əl-Maqdisi Şəranı “kafir” elan edən fətva verdi.
***
ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, Suriya hələ də intensiv ekstremist fəaliyyətin mərkəzidir və hər an qeyri-sabitliyə çevrilə bilər. Rubio keçən həftə ölkənin “İŞİD və digərləri də daxil olmaqla cihadçı qruplar üçün oyun meydanına” çevrildiyini söylədi və Suriyanın “həftələr ərzində dağılması və genişmiqyaslı vətəndaş müharibəsinə girə biləcəyi” ehtimalına diqqət çəkdi.