Bəs sülh anlaşması?
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
22:46 | 9 iyul 2025 | Çərşənbə
Məqaləyə 310 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Tramp: “Nüvə silahından imtina etməsələr, razılaşma olmayacaq”
Blokadaya 15-dən çox hərbi gəmi qoşulub
5 nəfər öldürüldü
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Fransa xarici kəşfiyyat idarəsinin rəhbəri Nikola Lerner dünən verdiyi açıqlamada bildirib ki, İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsi ABŞ və İsrailin hava hücumları nəticəsində məhv edilib, lakin qalan ehtiyatların dəqiq yeri hələlik məlum deyil.
“Reuters”in məlumatına görə, Lerner yerli bir televiziya kanalına verdiyi müsahibədə bildirib ki, hava hücumlarından sonra İranın nüvə proqramı bir neçə ay geriyə salınıb. O qeyd edib ki, Parisin İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının yeri ilə bağlı müəyyən göstəriciləri olsa da, bu ehtiyatların yeri yalnız “BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi” (“MAQATE”) İrana geri qayıtdıqdan sonra müəyyən edilə bilər.
Lerner bildirib ki, “İranın nüvə potensialının tam xəritələndirilməsi bu mərhələdə mümkün deyil. Yalnız MAQATE İrana qayıtdıqdan və texniki nəzarət bərpa edildikdən sonra uran ehtiyatlarının dəqiq miqdarı və yerləşmə məntəqələri təsdiqlənə bilər.”
Fransa kəşfiyyat rəsmisinin sözlərinə görə, İranın bəzi nüvə obyektləri yerin altında və ya hərbi bazalara inteqrasiya edilmiş vəziyyətdədir, bu da müşahidə və nəzarət prosesini daha da çətinləşdirir.
Nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqlar, son aylarda ABŞ və İsrailin İrana qarşı mümkün hərbi və kiber əməliyyatlar həyata keçirməsi ilə daha da artıb. Vaşinqton və Tel-Əviv Tehranı “nüvə silahı istehsalına bir addım yaxın olmaqda” ittiham ediblər.
Tehran isə iddiaları rədd edərək, nüvə proqramının tamamilə dinc məqsədlər üçün olduğunu bəyan edib. Bununla belə, MAQATE-nin İranda apardığı yoxlamaların bir neçə dəfə məhdudlaşdırılması və bəzi obyektlərə girişin qadağan olunması, beynəlxalq ictimaiyyətdə şübhələrin daha da dərinləşməsinə səbəb olub.
Hazırda diplomatik səylər davam edir. Avropa Birliyi və BMT vasitəçiləri “Birgə Hərtərəfli Fəaliyyət Planı”nın – 2015-ci il nüvə sazişinin – bərpası üçün tərəflər arasında təmasları yenidən canlandırmağa çalışırlar.