Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
09:28 | 22 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 388 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Qlobal neft bazarlarında qiymətlər ABŞ və Avropa İttifaqı arasında artan ticarət gərginliyi fonunda bir qədər ucuzlaşıb. İki böyük iqtisadi güc arasında tarif qarşıdurmasının qlobal iqtisadi aktivliyə mənfi təsir göstərəcəyi və bunun da yanacaq tələbinin artımını məhdudlaşdıracağı ehtimalı investorlar arasında narahatlıq yaradıb.
Vaxt.az xəbər verir ki, Hazırda “Brent” markalı neft 0,35 faiz azalaraq bir barel üçün 68,97 dollar, “WTI” (ABŞ xam nefti) isə 0,31 faiz geriləmə ilə 66,99 dollar səviyyəsində ticarət olunur.
Azərbaycan nefti 78 dollara yaxınlaşıb
Azərbaycanın “Azeri Light” markalı xam nefti isə 1.32 dollar və ya 1.72 faiz bahalaşıb və hazırda bir barel üçün 77,97 dollardan satılır. Yüksək keyfiyyətli və az kükürdlü olması səbəbindən “Azəri Light” bazarlarda premium qiymət intervalında qərarlaşır. Lakin qlobal psixoloji gərginlik, ticarət müharibələri və təklif tərəfli təzyiqlər Bakı üçün də gəlirləri dəyişə biləcək risklər yaradır.
İsrail-İran gərginliyi sonrası bazarda yönsüzlük
24 iyun tarixində İsrail ilə İran arasında yaşanan qarşıdurmanın başa çatması, bazarda gözlənilən təchizat kəsintisi qorxularını aradan qaldırıb. Bu hadisədən sonra neft qiymətləri ani sıçrayış etmədən, məhdud aralıqda dəyişməyə başlayıb.
Belə ki, “Brent” markalı neft həmin tarixdən bu yana təxminən 65 dollardan 70,19 dollara qədər, “WTI” (ABŞ xam nefti) isə 63,80 – 69,45 dollar aralığında dalğalanıb.
Analitiklər bunu bazarın yeni istiqamət müəyyən edə bilməməsi, yəni həm geosiyasi təzyiqlərin zəifləməsi, həm də tələb tərəfli risklərin balanslaşması kimi qiymətləndirirlər.
Azərbaycanın büdcə mövqeyi hələ ki rahatdır
Hazırkı neft qiyməti Azərbaycan dövlət büdcəsində nəzərdə tutulmuş ortalama proqnoz göstəricisindən (təxminən 60–65 dollar) yuxarıdır. Bu isə SOCAR və Dövlət Neft Fondu (ARDNF) üçün stabil gəlir şəraitini qoruyur. Lakin qlobal tarif siyasətləri, ABŞ-Çin münasibətləri, OPEC+ qərarları və istehlakçı ölkələrin tələb səviyyəsi gələcək aylarda Bakı üçün riskləri artıran əsas faktorlar kimi qalır.