
Nəzərlər FED-də
Qlobal bazarlar faiz endirimi gözləntiləri ilə toparlanır, siyasi risklər gündəmdə
Qlobal bazarlar faiz endirimi gözləntiləri ilə toparlanır, siyasi risklər gündəmdə
AMB üzvü qurumun müstəqilliyini müdafiə etdi
FED-in “Bej Kitab” hesabatında nələr var?
“Tədbir gələcəyini formalaşdıran baxışları öyrənməyi hədəfləyir”
Trampın FED namizədi Miran: “Federal Açıq Bazar Komitəsi çox mühüm missiyası olan qurumdur”
AMB rəhbərindən FED xəbərdarlığı
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
ABŞ ilə əldə olunan ticarət atəşkəsinə baxmayaraq, Çində istehsal fəaliyyətlərində yavaşlama davam edir
Rəqəmsal valyutada həftəlik icmal
Trampın Çin modeli Amerikanı sarsıtmağa davam edir
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
FED-in ilk qaradərili qadın rəsmisi haqqında məhkəmə müraciəti
“FED dörd iclasda ümumilikdə 100 baza bəndi faiz endirəcək”
ABŞ xarici kripto birjalarına tənzimləyici aydınlıq gətirdi
Qlobal bazarlarda diqqətini ABŞ məlumatlarına dikib
ABŞ maliyyə naziri Skott Bessent CNBC telekanalında çıxışı zamanı ölkə iqtisadiyyatı, Federal Ehtiyat Sistemi (FED) və prezident Donald Trampın qərarları ilə bağlı bir sıra açıqlamalar verib.
Vaxt.az xəbər verir ki, Bessent prezident Trampın FED rəhbəri Cerom Pauelli vəzifədən uzaqlaşdırmaq niyyətində olduğuna dair yayılan məlumatlara münasibət bildirərək bildirib ki, “belə xəbərlərdə əsas problem, məlumat sızdıran şəxslərin yalnız qismən məlumata sahib olması və mətbuatın yüksək səviyyəli liderlərə hələ də tam adaptasiya olmamasıdır”.
Onun sözlərinə görə, prezident Tramp “bilgili və analitik düşüncəli liderdir” və hər hansı qərarı verməzdən öncə müxtəlif tərəflərin fikrini dinləyir.
***
Bessent Pauellin vəzifədən uzaqlaşdırılmasının yaxşı fikir olub-olmadığı ilə bağlı suala belə cavab verib: “Düşünürəm ki, bizim etməli olduğumuz şey FED-in bütövlükdə bir qurum olaraq nə qədər uğurlu olub-olmadığını araşdırmaqdır”.
Nazirin bu çıxışı Ağ Ev daxilində FED siyasətinə qarşı artan tənqidi baxışların açıq ifadəsi kimi qiymətləndirilir.
***
Skott Bessent tariflər mövzusunda ictimai müzakirələrdə “fəlakət ssenariləri” irəli sürüldüyünü, lakin buna baxmayaraq ABŞ-da inflyasiyanın aşağı səviyyədə qaldığını bildirib. Bu isə Tramp administrasiyasının sərt tarif siyasətinin qısa müddətdə makroiqtisadi sabitliyə ciddi zərbə vurmadığını göstərir.
Maliyyə naziri həmçinin xatırladıb ki: “FED rəhbəri Cerom Pauellin səlahiyyət müddəti gələn ilin may ayında başa çatır. 2026-cı ilin yanvar ayında isə FED Direktorlar Şurasında bir yer boşalacaq”.
Bessent bu kontekstdə, demokrat senator Elizabet Uorrenin “Pauellin vəzifədən alınması bazarların çökməsinə səbəb olacaq” fikrinə münasibət bildirməkdən imtina edib və “hipotetik ssenarilərlə” bağlı şərh vermədiyini vurğulayıb.
***
Hazırda ABŞ administrasiyası bir sıra ölkələrlə ticarət danışıqları aparır. 1 avqust tarixində qüvvəyə minməsi gözlənilən yeni tarif paketləri ilə bağlı verilən suala cavab olaraq, Bessent deyib: “Prezidentin nə etmək istədiyini yaxın vaxtlarda görəcəyik. Amma əgər 1 avqust tarixində daha yüksək tariflərə qayıdılarsa, bu, bəzi ölkələr üzərində daha yaxşı ticarət razılaşmalarına məcbur edən təzyiq alətinə çevriləcək”.