Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:01 | 15 dekabr 2014 | Bazar ertəsi
Məqaləyə 1418 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Bizim bəzi müxalif çevrələrinin ağsaqqallarından ikisi Devid Kramer və Riçard Kozlariç yenə ölkəmiz əleyhinə «gözlərini yumub, ağızlarını» açıblar. Onların nə dediyi vecimə də deyil. Çünki elə canıyanandırlarsa, əvvəlcə öz ölkələrində həbs olunan bloggerlərin, tənqidə və şikayətə görə işdən çıxarılan vətəndaşlarının qayğısına qalsınlar. ABŞ-da insan hüquqlarının pozulması ilə bağlı «Qərbli seyidlərin cəddinə arxayınçılıq» adlı məqaləmdə yazdığım üçün həmin məsələlərin üzərində dayanmaq istəmirəm. Bu dəfə başqalarını büdcə oğurluğunda, korrupsiyada günahlandıran, özünün quluna çevirmək istədiyi ölkələrdə belə məsələləri «üzə çıxarmaq» üçün ayrıca «araşdırıcı» jurnalist, QHT korpusu saxlayan ABŞ-dakı korrupsiya barədə bir-iki qeydimi bölüşmək istədim. Həvəsiniz olsa, özünüz də bundan qat-qat çox fakt əldə edə bilərsiniz...
…2013-cü ildə ABŞ səhiyyə sisteminin inkişafına xidmət edəcək
saytın ətrafında skandal yaşandı. Veb səhifənin qurulması və işləməsi üçün
müsabiqə elan olunan zaman həmin layihəyə 93.7 milyon dollar ayrıldığı
bildirilmişdi. Lakin nədənsə müsabiqə keçirilmədi və Prezident Barak Obamanın
xanımı Mişel Obamanın tələbə yoldaşı Toni Tauns-Uitlinin vitse-prezidenti
olduğu «CGL Group» layihəni uddu
(http://dailycaller.com/2013/10/25/michelle-obamas-princeton-classmate-is-executive-at-company-that-built-obamacare-website/).
Eyni zamanda, nəyə görəsə layihənin büdcəsi, heç bir izahat verilmədən
artırılaraq 700 000 000 dollara çatdırıldı. Niyə? Bu suala hələ də cavab
verilməyib. Sadəcə ötən ilin sonunda Prezident Obama veb-səhifənin yarıtmaz fəaliyyətinə
görə üzr istəyib. Bütün dünyada korrupsiyanın səviyyəsini ölçmək kimi müstəsna
hüquqa yiyələnmiş beynəlxalq qurumlar (əksəriyyətinin mərkəzi ofisləri
ABŞ-dadır) isə nədənsə bu korrupsiya faktına göz yumdular.
Ümumiyyətlə, ABŞ-ın səhiyyə və təhsil sahəsində maliyyə fırıldaqlarının illik həcmi 60 milyard dollar civarında qiymətləndirilir (http://www.washingtonpost.com/wp-dyn/content/article/2008/06/12/AR2008061203915.html).
Sözügedən məsələ zaman-zaman Birləşmiş Ştatlar cəmiyyətin media qurumları tərəfindən müzakirə mövzusu olur. Təkcə «Vaşinqton Post» qəzetində axtarış versəniz, sözügedən məsələ ilə bağlı çoxlu araşdırmalara rast gələrsiniz.
Belə faktlar Amerika cəmiyyəti üçün yenilik deyil. Hərbi və kəşfiyyat sahəsində isə milyard dollarlarla ölçülən yeyintilərin hesabatı verilmir. Faktları gözdən keçirdikdə, belə qənaətə gəlmək olur ki, bu sahədə əsl özbaşınalıq hökm sürür. Hərbçilər üçün qolf meydançasının tikintisindən tutmuş, reallaşdırılmayan, kağız üzərində qalan layihələrə qədər müxtəlif adlar altında milyard dollarlarla vəsait «yeyilir» (http://inosmi.ru/overview/20121217/203453775.html; http://expert.ru/expert/2013/07/optimalnyij-podhod/).

Bütün bunlara baxmayaraq, vətəndaşın nə fikirləşdiyi veclərinə belə deyil. Büdcə saymazyana şişirdilir və talan edilir. Məsələn, keçən il Əfqanıstanda ABŞ hərbi hospitalı üçün bir qallon (təxminən 4 litr) dizel yağı 500 dollara sənədləşdirilmişdi.
Hələ 1999-cu ildə, ABŞ-ın müdafiə naziri Ramsfeld deyirdi ki, Pentaqonun büdcəsinin dörddə birinin hara xərcləndiyi bəlli deyil. Təsəvvür edin, bunu hərbi sahəyə başçılıq edən rəsmi şəxs deyir. Ötən ilin göstəricisi də «pis» deyil: ortada 8,5 milyonun hara və necə getdiyi barədə düz-əməlli sənəd yoxdur (http://www.washingtonsblog.com/2013/11/8-5-trillion-taxpayer-money-doled-congress-pentagon-since-1996-never-accounted.html).
Belə nəticəyə gəlmək olur ki, «yuxarılar»ın korrupsiyaya bulaşması «aşağılar» üçün adi haldır. ABŞ vətəndaşı da korrupsiyanın ildən-ilə çiçəklənməsinin fərqindədir. Nüfuzlu Gallup İnstitutunun apardığı araşdırmanın nəticələrinə görə, amerikalıların 80 faizindən çoxu belə hesab edir ki, ölkələrində korrupsiyanın səviyyəsi yüksələn xətlə artır. ABŞ Departamenti isə başqa ölkələrdə korrupsiyanın səviyyəsi ilə bağlı hesabat aparır.