Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
17:17 | 26 dekabr 2016 | Bazar ertəsi
Məqaləyə 1461 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
«Bizim aviasiya sənayemiz birdəfəlik məhv olub. Təəssüf ki, bunu geri qaytarmaq artıq mümkün deyil». Strateq.az bildirir ki, bu sözləri görkəmli rus alimi, Rusiya Elmlər Akademiyasının akademiki, Moskva Aviasiya İnstitutunun sabiq rektoru, aerodinamika kafedrasının müdiri, «yer-hava» tipli raketlərin yaradılması üzrə ən böyük mütəxəssis Yuri Alekseyeviç Rıjov «Moskovskiy Komsomolets» qəzetinə müsahibəsində deyib.
Alimin sözlərinə görə, belə ağır vəziyyətdən çıxış yolu da yoxdur. Rıjov qeyd edib ki, SSRİ-də texnologiya sahəsi hələ 70-ci illərdən geri qalmağa başlamışdı. Alimin «bu geri qalmanın səbəbi nə idi?» sualına cavabı maraqlı olub: «Birincisi ona görə ki, biz «düşmən» elmi saydığımız kibernetikanı lazımınca qiymətləndirə bilmədik. Ona görə də, biz informasiya sistemləri üçün vacib olan mikroelektronika sahəsində çox geri qaldıq. 1950-ci illərdə ölkədə yalnız iki BESM-6 (Böyük elektron hesablayıcı maşın) var idi. Onlar da istisnasız olaraq nüvə hesablamaları üzrə yüklənmişdi. Bu maşınlar lampa sistemi ilə çalışırdı. Yarımkeçirici sisteminə keçdikdə isə artıq addım-addım deqradasiya etməyə başladıq. Baxmayaraq ki, bizim akademik, Nobel mükafatı laureatı Jores Alferov dünyada yarımkeçiriclərin inkişafı üzrə araşdırmaların önündə gedirdi».
Akademik Rusiyanın yeni nəsil hava maşını olan «Superjet» təyyarələri barədə də bədbin danışıb. Onun sözlərinə görə, bu təyyarələrin layihəsi hələ 80-ci illərdə hazırlanıb: «Mən bu təyyarələri ilk dəfə görəndə soruşdum: «Bu orta magistrallı laynerdi? – «Bəli» dedilər. «Bu istənilən az-çox normal olan hava limanına enə bilər?»- «Bəli» dedilər. «Elə isə cihazların aşağı kənar hissələri eniş zolağının 50 sm-liyində yerləşirsə mühərriki qanadın altından asmaq olmaz. Zərblə yerə dəyəcək… Ona görə də bu təyyarə yalnız əla uçuş- enmə zolağı olan hava limanları üçün yararlıdır. «Superjet» texnologiyada da çox geridə qalıb. Digər tərəfdən onun bütün komplektləri xaricdən gətirilir. Mühərrikdən tutmuş elektrotexnikaya qədər…»
Akademikin sözlərinə görə, bağlanmış sazişə əsasən 2-3 il ərzində 100 «Superjet» hazırlanmalıdır: «Sənayemizin bugünkü vəziyyəti bundan tez eləməyə imkan vermir. Amma unutmaq olmaz ki, laynerin xarici rəqibləri də var. Hökmən deyil ki, bu Amerika və ya Avropa olsun. Braziliya və Kanada zavodları da var. O şirkətlər ildə 100-lərə təyyarə istehsal edir. Onlar üçün dünyada növbələr var. Mən hələ uzaq magistrallı təyyarələr hazırlayan «Boing» və «Erbas»dan danışmıram. Bu şirkətlər ildə 300 təyyarə «ştamp»layırlar. Bundan sonra bizim yazıq «Superjet»in hansı şansları qalır?»
Akademik qeyd edib ki, xaricdə oxuyan rus tələbələrini ölkəyə qayıtmamağa çağırır: «Ölkə dəhşətli iflasın astanasındadır. Elə-belə sadəcə bundan can qurtarmaq mümkün olmayacaq».
Akademik qeyd edib ki, Rusiyada sistem böhranına hazır olmaq lazımdır: «Son 100 ildə iki dəfə belə böhran baş verib. Birinci sistem böhranı imperator 3- cü Aleksandırn dövründən yığılmağa başlamışdı. Çarın «qaykaları bərkitməsi» orduda böhrana gətirdi. «Hansısa Yaponiyaya» uduzmaq isə elitada və xalqda ciddi etiraz yaratdı. 2-ci Nikolayın vaxtında isə imperiya dağıldı. Yeni dövlət yarandı. İkinci böhran isə 1991-ci ildə iqtisadi kollapsdan sonra baş verdi».