Bəs sülh anlaşması?
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
20:11 | 15 yanvar 2017 | Bazar
Məqaləyə 2029 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Tramp: “Nüvə silahından imtina etməsələr, razılaşma olmayacaq”
Blokadaya 15-dən çox hərbi gəmi qoşulub
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
Ermənistan prezidenti Serj Sərkisyanın yaxın illərdə İranla dəmiryolu çəkiləcəyinə dair vədindən düz səkkiz il keçəndən sonra hakimiyyət optimillaşdırma tədbirləri çərçivəsində bu xəttin layihələndirilməsi və tikilməsi ilə məşğul olacaq şirkəti ləğv edib.
Hökumətin bu günlərdəki iclasında nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaqan Martirosyan qeyd edib ki, «Dəmiryolu tikintisi müdiriyyəti» Qapalı Səhmdar Cəmiyyətinin ləğvi nəticəsində 13 ştat ixtisar ediləcək və 35 milyon drama (131 mindən çox manat) yaxın vəsaitə qənaət olunacaq.
İclasda nazir vurğulayıb ki, şirkətin ləğvi o demək deyil ki, hökumət Ermənistan-İran dəmiryolu çəkilməsindən imtina edir: «Çünki nazirlikdə dəmiryolu departamenti fəaliyyət göstərir, bu funksiyasını hazırkı departament icra edə bilər».
Təxminən bir ay öncə jurnalistlərlə görüşündə Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vahan Martirosyan demişdi ki, Ermənistan-İran dəmiryolu tikintisində hansısa inkişaf yoxdur, hələ ki, yalnız potensial sərmayədarlarla müzakirə aparılır.
İndi isə aydın olur ki, Sərkisyanın vədindən səkkiz il keçsə də, hətta heç dəmiryolunun layihəsi belə hazır deyil. «Təxmini hesablamalara görə, tikinti üçün 3.2 milyard dollara yaxın vəsait lazımdır. Ancaq bu, dəqiq deyil, çünki hələ son layihə hazır deyil», - nazir hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Uzunluğu 305 km olacaq dəmiryolu Siunik əyalətində dağların arasından keçməli idi.
«Azadlıq» radiosunun erməni xidmətinin «Prezidentin bəyanatından səkkiz il sonra niyə layihə belə hazır deyil» sualının cavabında nazir deyib: «Çünki sərmayə qoyacaq investor özü üçün uyğun layihə üzərində işləməlidir».
Xatırladaq ki, 2008-ci ilin oktyabrında xalqa müraciətində yeni seçilmiş prezident Serj Sərkisyan vəd vermişdi: «Yaxın illərdə İran-Ermənistan dəmiryolunun tikintisi başlayacaq».
Ermənistan-İran dəmiryolu Sərkisyanın təklif etdiyi üç iri layihədən biri idi. Bir neçə ay sonra hətta yeni atom stansiyasının tikintisi də başlamalı idi, Dünya Bankı isə bunu maliyyələşdirəcəkdi. Bu təşəbbüslərin heç biri reallaşmadı.
Son zamanlar hətta hakimiyyətin yüksək dairələri belə yaxın gələcəkdə İran-Ermənistan dəmiryolunun tikintisinin mümkün olacağına dair şübhələrini gizlətmirlər.
2015-ci ilin fevralında hökumətin iclasında o vaxtkı baş nazir Ovik Abramyan o vaxtkı nəqliyyat və rabitə naziri Xakik Beqlaryana müraciətlə demişdi: «Beqlaryan, ümumiyyətlə, sənin bu məsələylə bağlı ümidin varmı?»
«Dəmiryolu tikintisi müdiriyyəti» QSC-nə 5 il ərzində dövlət büdcəsindən təxminən 185 milyon dram (700 min manata yaxın) vəsait ayrılıb. Radionun erməni xidməti Vahan Matrosyandan soruşub ki, şirkət bu 185 milyon dramı nə edib?
«Şirkət boş yerə çalışmayıb. Onlar işləyiblər, müzakirələr aparıblar. Bu müddət ərzində bizim bir konsessiya qaydası ilə təşkil edilmiş müəssisəmiz olub. Bu müəssisə araşdırıb ki, neçə tunel, körpü lazım ola bilər. 185 milyon bunun üçün azdır ya çoxdur, bunu qiymətləndirə bilmərəm, ancaq iş aparılıb», - nazir deyib.
Əgər hökumət hətta 13 əməkdaşa bu layihəni gerçəkləşdirmək üçün maaş belə vermək istəmirsə, bu o deməkdirmi ki, hakimiyyət bu dəmiryolunun tikintisini yaxın gələcəkdə mümkün saymır?
Vahan Matrosyan deyib: «Mən müddət göstərə bilmərəm, amma bu proqram hökumətin nəzarətinə keçir».
Nazirin sözlərinə görə, ilkin hesablamalar, investorun 3,2 milyard dollarlıq sərmayəsini təxminən 22 ilə çıxara biləcəyini göstərir.
İqtisadi şərhçi Hayk Gevorkyanın fikrincə, Ermənistan-İran dəmiryolu iqtisadi cəhətdən əlverişsizdir, rentabelli deyil. Buna görə də yaxın onilliklərdə onun tikintisi, çətin ki, mümkün ola: «İnvestoru bu vəsaiti qoymağa cəlb etmək üçün yükdaşıma, sərnişin dövriyyəsi yüksək deyil. Hökumətin hesablaması ki, sərmayədar 22 ilə qoyduğunu götürəcək, sonra gəlirlə çalışacaq, inandırıcı görünmür».