Bəs sülh anlaşması?
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
10:39 | 15 fevral 2017 | Çərşənbə
Məqaləyə 2838 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Tramp: “Nüvə silahından imtina etməsələr, razılaşma olmayacaq”
Blokadaya 15-dən çox hərbi gəmi qoşulub
5 nəfər öldürüldü
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Son vaxtlar Rusiya ilə İran arasında münasibətlərdə müəyyən bir soyuqluq hiss olunmaqdadır. Moskva-Tehran münasibətlərində müəyyən çatlar yarandığı görünür. Belə ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozin dünən İrana planlaşdırılan səfərini təxirə salıb. Qonşu ölkənin mətbu orqanlarının yaydığı məlumata görə, onun Tehranda vitse-prezident Soren Səttari və müdafiə naziri Hüseyn Dehqani ilə görüşü nəzərdə tutulmuşdu. Tərəflər arasında ikitərəfli əməkdaşlığı əhatə edən məsələlər, o cümlədən aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmalı idi. Ən əsası, planlaşdırılırdı ki, İran Rusiyadan sərnişin təyyarələri alacaq. «Kommersant»ın hökumətdəki mənbələrinə istinadən yaydığı məlumata görə, İran tərəfinin rusiyalı məmurun səfəri barədə məlumat yayması Roqozinin səfəri təxirə salması ilə nəticələnib. Nümayəndə heyətinə Rusiyanın bir sıra yüksək rütbəli məmurları, o cümlədən nazirin birinci müavini İqor Şuvalov, energetika naziri Aleksandr Novak da daxil idi.
Səfərlə bağlı ilk xəbəri İranın Rusiyadakı səfiri Mehdi Sənayi İran xəbər agentliklərinə müsahibəsində verib. Onun yaydığı xəbərdə qeyd edilirdi ki, Rusiya nümayəndə heyətinin səfəri yaxın bir ay ərzində baş tutmalıdır. Rusiya tərəfinin yaydığı məlumatda sadəcə, səfərin texniki səbəblərdən baş tutmadığı bildirilib. Rusiya nəşri hökumətdəki mənbələrinə istinadən yazır ki, Kremlin səfərin məxfi saxlanılmasında məqsədi başqadır. Moskva Tehranın son vaxtlar Qərbə doğru istiqamət götürməsinin səbəblərinin müəyyən etmək istəyib. Belə ki, İranın sərnişin təyyarələrinin alınması ilə bağlı Qərb ölkələri ilə danışıqlar apardığı bəlli olub. «Biz Tehrana həddən artıq böyük kömək göstəririk. Onlar isə texnikanı ölkələrini sanksiyalar içində boğan Qərb ölkələrindən alır», - deyə mənbə «Kommersant»a bildirib. Məlumata görə, 2016-cı ilin dekabrında İranın «İran Air» aviaşirkəti Amerikanın «Boeing» şirkəti ilə 80 təyyarənin alınması barədə saziş imzalayıb. Bura 50 ədəd «Boeing-737» və 30 ədəd «Boeing-777» təyyarəsinin alınması daxildir. Müqaviləyə görə, təyyarələr 10 il ərzində çatdırılmalıdır. ABŞ-la yanaşı, Avropanın «Airbus» şirkətindən 100 təyyarənin alınması da nəzərdə tutulub. Bura 46 ədəd A320, 38 ədəd A330 və 16 ədəd A350 XWB təyyarələrinin alınması daxildir. Hər iki alqı-satqı əməliyyatının məbləği ümumilikdə 30 milyard dollara yaxındır. Təqribən 10 milyard «Boeing»ə, 20 milyard dollar isə «Airbus»a aiddir.
O ki qaldı Rusiyaya, bu ölkə ilə 2016-cı ildə imzalanmış sazişə görə, bu ölkədən yalnız regional əhəmiyyətli kiçik təyyarələrin alınması nəzərdə tutulub. Ötən il tərəflər arasında müvafiq saziş imzalanıb. Rusiya mütəxəssisləri İran bazarına təqribən 100 kiçik təyyarə çatdıracaqlarını bildiriblər. Lakin məsələ ondadır ki, onların da alınması ABŞ-ın müdaxiləsi üzündən gecikir. Burada həm də Rusiyanın sərnişin təyyarələrinin keyfiyyəti də rol oynayır. Son illər Rusiya istehsallı təyyarələrlə bağlı qəzaların sayı artıb. Bundan əlavə, İran həm də döyüş təyyarələri ilə də maraqlanır. Məsələn, Tehran Rusiyadan «Su-30 SM» təyyarələrini almaq istəyir. Lakin onların da hazırda satışı mümkün deyil. BMT Təhlükəsizlik Şurası İrana adi silahların satılmasını qadağan edir. Bununla bağlı qurumun müvafiq qətnamələri də var. Ötən həftə Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan bildirib ki, iki ölkə ticarət-iqtisadi sahədə bir sıra sazişlərə imza atıblar. İkitərəfli ticarət dövriyyəsinin həcmi 2 milyard dollara çatır.
Yeri gəlmişkən, bəzi ekspertlər hesab edirlər ki, İranla ABŞ arasında gərginlik güclü olsa da, Ağ Ev bu ölkə ilə münasibətləri sərtləşdirməyəcək. Gərginlik elə bəyanatlar səviyyəsində davam edəcək. Elə tək yuxarıda qeyd etdiyimiz iki ölkə arasında imzalanan çoxmilyardlıq saziş bunu deməyə əsas verir. Yaranmış vəziyyətdə çətin duruma Rusiya düşə bilər. Rəsmi Moskva uzun illər İranın tərəfində durub və ona qarşı sanksiyaların tam şəkildə tətbiqinə yol verməyib. Onunla nüvə proqramı sahəsində əməkdaşlıq da edir. Hətta Buşəhr kimi AES-in inşasına böyük köməklik göstərib. İndi isə belə çıxır ki, İranın prioritetləri dəyişməyə başlayıb və Tehran üzünü daha çox Qərbə tərəf tutmağa üstünlük verir. Nəticələrin necə olacağını isə zaman göstərəcək.