vaxtlı-vaxtında oxuyun! Bazar, 26 may 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
10:52 | 26 yanvar 2019 | Şənbə Məqaləyə 353 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həqiqət kimi sırınan yalanlar

Hər deyilənə inanmayın, araşdırın

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Çoxdan təkrarlanan və bu gün də “Facebook”da qarşımıza çıxan yalanlardan biri də Türkiyənin Ərdoğandan öncə gücsüz, iradəsiz və Amerikanın əmri ilə oturub-duran dövlət olması fikridir.

Detallara çox enib baş ağrıtmadan, sadəcə, müttəfiqlikdən sonra Türkiyə ilə ABŞ arasındakı ən ciddi böhranı xatırlatmaq istərdim.

Bilirsiniz ki, 1974-cü ilin iyul-avqust aylarında “gücsüz və iradəsiz Türkiyə” Aralıq dənizində, Kipr adasında genişmiqyaslı hərbi əməliyyat keçirdi. (Kıbrıs Barış Harekatı.) Bu, quru, hava və dəniz qüvvələrinin qatıldığı, havadan adaya desant atıldığı və dənizdən də desant çıxarıldığı böyük əməliyyat idi. Yəni Suriyada bu gün başıpozuq qruplara və terrorçu dəstələrə qarşı keçirilən məhdud əməliyyatlarla müqayisə oluna bilməz.

ABŞ Türkiyənin adaya müdaxiləsinə qarşı idi və əməliyyatdan sonra Türkiyəyə silah embarqosu tətbiq etdi. Əməliyyat zamanı baş nazir Ecevit, müavini isə Ərbakan idi. Bu koalisiya (CHP-MSP) dağıldıqdan sonra 1975-ci ilin martında Ədalət Partiyasının lideri Süleyman Dəmirəlin başçılığı ilə yeni, 4 partiyalı koalisiya hökuməti quruldu. 1975-ci ilin iyulunda Süleyman Dəmirəl hökuməti, yəni “zəif və iradəsiz Türkiyə” silah embarqosuna cavab olaraq ABŞ-ın ölkə ərazisindəki 21 (iyirmi bir) hərbi baza və obyektini bağladı, 5 min Amerika əsgərini ölkədən çıxardı, həmin bazalara Türkiyə bayrağı asıldı. Bu, elə bir dövr idi ki, ABŞ SSRİ ilə həmsərhəd olan Türkiyədəki hərbi bazalara çox böyük ehtiyac duyurdu. Məşhur “U-2” casus təyyarələri Türkiyədən qalxıb SSRİ üzərində kəşfiyyat uçuşları keçirirdi. Yəni indiki dövrdən fərqli olaraq, o zaman Türkiyə ABŞ üçün həyati əhəmiyyətli müttəfiq idi. Buna baxmayaraq, Ecevit və Dəmirəl hökumətləri ABŞ-a qarşı o cür radikal addımlara getməkdən çəkinmədilər. Nəticədə 1978-ci ildə Konqres məcbur olub embarqonu ləğv etdi. Lakin bu qərardan sonra da “ABŞ-ın əmri ilə oturub-duran Türkiyə" bazaları açmadı. Yalnız 1980-ci il hərbi çevrilişindən sonra Kənan Evren tərəfindən həmin bazalar yenidən ABŞ-ın istifadəsinə verildi.

Həqiqət kimi qəbul olunan başqa bir yalan isə Türkiyə hərbi sənayesinin guya Ərdoğan gəldikdən sonra qurulması fikridir. Yenə detallara çox girmədən bu gün Türkiyə hərbi sənayesinin bel sütununu təşkil edən böyük şirkətlərin (TOP-10) sadəcə, quruluş illərinə nəzər salmağı yetərli sayıram:

MKEK – 1950-ci il, Otokar – 1963, Nurol – 1966, TAİ (TUSAŞ) – 1973, Aselsan – 1975, Havelsan – 1982, TEİ – 1985, FNSS – 1985, Roketsan - 1988, STM – 1991.

Türkiyə təbii ki, Ərdoğandan əvvəl ABŞ-la sıx əməkdaşlıq edib. İndi də edir. Başqa cür ola da bilməz, bir NATO üzvünün bu ittifaqın lideri ilə yaxın əlaqələri normal haldır.

Hər deyilənə inanmayın, şübhə edin və araşdırın.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)