vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
17:11 | 13 noyabr 2019 | Çərşənbə Məqaləyə 2485 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milyarderlərin qəzəb günü

Sahibkarlar "daha çox qazanan daha çox vergi ödəməlidir" prinsipinə qarşıdırlar

“New York Times”

Bill Qeyts 1975-ci ildə “Microsoft”u qurduğu zaman fərdi gəlirlərə görə ən yüksək vergi dərəcəsi 70 faiz, kapital mənfəəti və korporativ gəlirlər üzrə vergi dərəcələri indikindən xeyli yüksək və əmlak vergisi daha ciddi bir yığım idi. Bunlardan heç biri cənab Qeytsi özünü işinə həsr etməkdən və investorlarını sərmayəçilikdən çəkindirmədi.

Amma indi o, senator Elizabet Uorrenın varlılara vergilərin daha yüksək olması planının təkcə varlılar üçün deyil, amerikalıların qalan hissəsi üçün də pis olacağı xəbərdarlığı edən ən son zəngin adamdır.

“Microsoft”un həmtəsisçisi olan cənab Qeyts noyabrın 6-da bildirib ki, böyük vergi artımı daha az iqtisadi artımla nəticələnəcək. “Düşünürəm ki, əgər çox vergi verərsənsə, kapitalın formalaşması və innovasiya ilə risk edirsən”.

Digər hidddətli plutokratlar eyni fikri daha az zərifliklə səsləndiriblər. Milyarder investor Leon Kuperman xanım Uorrenin Amerika arzusuna qıydığını elan edərkən, açıq-aşkar kobudluğa yol verib. Ceymi Daymon, “JPMorgan Chase”in baş icraçı direktoru CNBC-yə şikayət edib ki, xanım Uorren varlılar haqqında “bəzi sərt sözlərdən istifadə edir”.

Ən varlı amerikalılar 50 il əvvəlkindən daha az gəlir vergisi ödəyirlər. 1961-ci ildə ən yüksək gəliri olan amerikalılar bu gəlirin orta hesabla 51,5 faizini federal, əyalət və yerli vergilərə sərf edib.

Tomas Piketti, Emmanuel Saes və Qabriel Zukmanın keçən il dərc etdiyi bir araşdırmaya görə, 2011-ci ildə ən yüksək gəliri olan amerikalılar gəlirlərinin yalnız 33.2 faizini vergiyə yönəldiblər.

Son bir neçə il üçün məlumat hələ mövcud deyil, lakin çox güman ki, nisbətən oxşar vergi yükü var.

Federal hökumətin daha çox pula ehtiyaclıdır. Onilliklər boyu epizodik vergi endirimləri hökuməti dərin borc içində qoyub: Xəzinədarlıq cari maliyyə ilində öhdəliklərini yerinə yetirmək üçün 1 trilyon dollardan çox borc götürmək niyyətindədir. İnfrastruktur, təhsil və sosial təhlükəsizlik şəbəkəsinə mühüm investisiyalar üçün hökumətə daha çox pul lazımdır.

Bu, əlbəttə, xanım Uorrenin vergi planının təsdiqlənməsi deyil. Hökümətin nə qədər pula ehtiyacı olduğunu və bu pulu necə toplamalı olduğunu müzakirə etmək olar. Amma xanım Uorren və rəqiblərindən biri olan senator Berni Sandersin sərvətə yeni federal vergi tətbiq etmə ilə bağlı xüsusi təklifləri diqqətlə düşünməyi tələb edən yeniliklərdir.

Ancaq həllin zəruri bir hissəsi – ən zəngin amerikalılardan daha çox vergi toplamaqdır.

Cənab Qeytsin xanım Uorren və digər demokrat prezidentliyə namizədlərin təklif etdiyi vergi artımının yenilik, investisiya və ya iqtisadi böyüməyə mənfi təsir göstərəcəyinə dair narahatlığını doğruldan az dəlil var. Mövcud dəlillər vergitutmanın yeniliyə az təsir göstərdiyini göstərir. Mütəxəssislər innovasiyanın səbəbi mövzusunda qeyri-kamil bir anlayışa sahibdirlər, lakin vergitutma təhsil, tədqiqat və davamlı hüquq sistemi amilləri ilə eyni çəkidə deyil.

Son dörd onillikdə Konqres hər dəfə innovasiya, sərmayə və böyüməyə təkan vermək məqsədi ilə vergiləri 3 dəfə azaldıb. Hər dəfə arzulanan faydalar reallaşmayıb. Prezident Tramp 2017-ci ildə ən son təcrübəni həyata keçirib. Beynəlxalq Valyuta Fondu bu il həmin təcrübənin işləmədiyi qənaətinə gəlib.

Üstəlik, daha yüksək vergi dərəcələri innovasiya və investisiyalara azacıq təsir etsə də, bu təxmin natamamdır. O, hökumətin əlavə pulla nə etməsi sualına məhəl qoymur. Bununla yanaşı, daha yüksək vergilərin daha çox innovasiya ilə nəticələnə biləcəyi ehtimalı da nəzərə alınmır.

Amerika patent sahiblərinin bir araşdırmasında aydın olub ki, yenilikçilər, adətən, varlı ailələrdə doğulur, yenilikçi cəmiyyətlərdə böyüyür, dəqiq elm sahələrində yüksək keyfiyyətli təhsil alırlar. ABŞ tarixinin ən uğurlu sahibkarlarından biri olan cənab Qeyts bu profilə uyğundur: o, varlı ailədə böyüyüb və ən yaxşı pullu təhsil alıb.

Tədqiqatın və əlaqəli araşdırmaların nəticəsi odur ki, vergi hesabına maliyyələşdirilən dövlət sərmayəsi daha çox gənc cənab Qeyts qabiliyyətli insanlar doğura bilər.

Şübhəsiz, vergiləri ən yüksək həddə qaldırmaq nəzəri cəhətdən mümkündür: insanlar qazandıqları hər növbəti dollar üçün 100 faiz vergi ödəməli olsaydılar, bunu “birgünlük qazanc” adlandıracaqdılar.

Lakin həyəcan zəngləri xanım Uorrenin planına uyğun deyil. Öz narahatlığını çatdıran cənab Qeyts bir anda 100 milyard dollar ödəmək istəmədiyini deyib.

Uorren kampaniyasına əsasən, gələn il cənab Qeytsin 6.379 milyard dollar vergi borcu olacaq. Qeyd edək ki, bu, cənab Qeytsin keçənilki sərmayələrdən qazandığından azdır. Uorrenin planına görə, cənab Qeytsin daha da zənginləşməsi üçün yaxşı şans var.

Cənab Qeyts də varlıların daha yüksək vergi ödəməli olduğunu düşünür. Ancaq məlum gündə özünü belə aparmırdı.