Boğulmalar qeyri-çimərlik ərazilərdə olub
Xəzərdə batanlarla dənizi hasarlayanlar arasında əlaqə üzə çıxdı
Gülnar ƏLİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Leyla Əliyeva çimərlikləri xalqa qaytarır
Kölgəliklər, duş, soyunub-geyinmə kabinləri, sanitariya qovşaqları, futbol-voleybol meydançaları və daha nələr
-
Dənizdə nə baş verir?
Suya girənlər ayaqlarının sanki daha dərinə çəkildiyini hiss edir
-
Şıx çimərliyində şlaqbaumları götürüldü
Sahibkarlara xəbərdarlıq edilib: “Yalnız xidmətə görə pul almaq olar”
-
Deputatın Xəzər etirazı
“Dəniz bir neçə ailənin ixtiyarına verilə bilməz”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
-
“Qarşımızda yeni perspektivlər açılır”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
-
Konvensiya bağlandı...bəs sonra?
Azərbaycan nə uddu?
-
... Qaldı dibi...
Xəzərin statusu müəyyənləşdi ...
-
“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək”
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
-
“Hər şey razılaşdırlıb”
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
-
“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”
Nazarbayevdən müjdə
-
Səhvən qoyulubmuş
Xəzərin bölüşdürülməsinə dair sənəd hökumətin saytından silindi
-
Xəzər necə bölüşdürülür...?
Türkmənistandan qaz kəməri çəkilməsinə əngəl qalmır
-
Dənizdə çimməyin böyük riskləri var
Yoluxucu xəstəliklər tutulma 29-77 faiz artıb
Havalar istiləşməyə başlayandan hər il olduğu kimi suda boğulma halları da çoxalıb. Və bu, insan ölümünün ucuzlaşdığı indiki dövrdə adi qarşılanır, əksər hallarda xəbər lentlərində yer alan quru xəbərlərdən o yana getmir.
Yay mövsümü başlayandan Xəzərdə, həm də çay və göllərdə sərinlənmək istəyi bir çoxuna həyatı bahasına başa gəlir. Dənizin dalğalı, havanın küləkli olmasına fikir vermədən suya girən şəxslərlə bağlı az qala hər gün qara xəbərlər gəlir. Virtualaz.org xəbər verir ki, vəziyyətin nə qədər acınacaqlı olduğunu görmək üçün son bir həftənin suda boğulma statistikasına nəzər salmaq kifayətdir.
Bir neçə gün öncə Novxanı çimərliyində iki qardaş – 12 yaşlı Zahid və 9 yaşlı Amil dalğalı dənizdə batıblar. İyulun 23-də 17 yaşlı İdris İsmayılov Xəzər rayonunda dənizdə boğulub. Onun cəsədi iki gün sonra batdığı yerdən 8-10 kilometr aralıda tapılıb. Həmin gün daha bir suda boğulma hadisəsi Kür çayının Bərdə rayonunun Əyricə kəndi ərazisindən keçən hissəsində baş verib. 15 yaşlı Rövşən Göyüşov çayda batıb.
İyulun 23-də Abşeron rayonu ərazisində 1980-ci təvəllüdlü Ruslan Səmədov dənizdə boğulub.
İyulun 21-də Ağsu rayonunun Gəgəli kəndi ərazisində rayon sakinləri, azyaşlılar - Bulud Talıblı və Unur Talıbov Yuxarı Şirvan kanalında boğulublar.
İyunun 20-də Sabirabad rayon Sarıcalar kənd sakini 38 yaşlı Şirəliyev Nazim Rəis oğlu rayonun Qalağayın kəndi ərazisində kanalda batıb. N.Şirəliyev beş uşaq atası olub.
İyunun 19-da 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlu Mingəçevir su anbarında çimərkən suda boğulub.
İyulun 18-də Kür çayının Hacıqabul rayonu ərazisindən keçən hissəsində 43 yaşlı Bəxtiyar Ağavəlizadə və oğlu 15 yaşlı Fərid boğularaq ölüblər.
Bir həftə ərzində ölkə ərazisində azı 11 nəfər suda boğulub, 24 nəfərin isə həyatını xilas etmək mümkün olub.
FHN: Bütün boğulmalar qeyri-çimərlik ərazilərdə olub
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Oktay Bayramovun sözlərinə görə, boğulan insanların hamısı çimərlik üçün yararsız elan edilən ərazilərdə çimənlərdir.
«Biz bununla bağlı dəfələrlə maarifləndirmə tədbirləri həyata keçiririk, videoçarxlar hazırlayırıq, televiziya proqramlarında əhaliyə küləkli havalarda, təhlükəli ərazilərdə, qadağan lövhələr qoyulmuş ərazilərdə çimməməyə çağırırıq. Küləkli havada hətta mahir üzgüçü belə çətinliklə üzləşir. Hələ bizim xilasedicilərin nəzarətində olan ərazilərdə boğulma faktı qeydə alınmayıb. Çimərlik mövsümü başlayandan indiyə kimi ümumilikdə 82 nəfər suda boğulma təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Təəssüf ki, bəzi insanlar xilasedici məntəqələrin olduğu ərazilərin yaxınlığında çimmək əvəzinə, gedib Kür çayında, digər göl və çaylarda çimirlər», - deyə O. Bayramov bildirir.
FHN rəsmisi deyir ki, valideynlər körpə uşaqları ilə getdikləri çimərliklərdə uşaqlara nəzarət etməlidirlər. Bədbəxt hadisələrin çoxu məhz bu nəzarətsizlikdən baş verir.
Hər il dünyada 400 min insan suda boğulur
Rəsmi statistikaya görə, hər il dünyada 400 min nəfərə yaxın insan suda boğulur. Doğrudur, bu boğulmaların hamısı çimərlik mövsümündə baş vermir və əksəriyyəti qeyri-leqal miqrant qayıqlarında həyatlarını itirənlərdir. BMT-nin Ümumdünya Sağlamlıq Təşkilatının Qlobal Boğulma Hesabatına görə, boğulmaların 90 faizindən çoxu aşağı və orta gəlirli coğrafiyalarda baş verir.
Bu ölkələr arasında Banqladeş, Kamboca, Çin, Hindistan, Filippin, Tailand və Vyetnam yer alır. Əslində dəniz hövzəsində yerləşən bütün ölkələrdə çimərlik mövsümündə suda boğulma hallarına rast gəlinir. Məsələn, Rusiya kimi əhalisinin sayı 140 milyonu keçmiş ölkədə çimərlik mövsümündə dənizdə boğulma halları 2016-cı ildə 2029 nəfər olub. 2015-ci ilin müvafiq dövründə bu rəqəm 2966 nəfər olub. Ümumilikdə bu ölkədə son 5 ildə suda boğulma halları 2,5 dəfə azalıb.
80 milyona yaxın əhalisi olan Türkiyədə hər il orta hesabla 1000 nəfər suda boğulur. Bu ölkədə xilasedicilərin işini asanlaşdırmaq üçün çimərlik zonalarında dronlardan da istifadə olunur. Xəzərin sahilində yerləşən Qazaxıstanda 2016-cı ildə 273 nəfər suda boğulub, 2015-ci ildə bu rəqəm 148 nəfər olub. Azərbaycanda sularda boğulma statistikasını aparan isə deyəsən yoxdur. Hər halda axtarsaq da belə statistikaya rast gəlmədik.
Sərxoş dənizdə çimmək qadağandır, amma...
Xatırladaq ki, Nazirlər Kabinetinin 1998-ci il 216 saylı sərəncamına əsasən, spirtli içki qəbul edərək suya daxil olmaq qadağandır. Hətta bir müddət əvvəl su hövzələrində, qeyri-rəsmi çimərlik ərazilərində, göllərdə çimənlər və müəyyən edilmiş qaydaları pozanlarla bağlı cərimələrin tətbiq edilməsi gündəmə gəlmişdi. Həmçinin çimərlik ərazisində spirtli içki satan obyekt sahiblərinin cərimələnməsi, cəzalandırılması və digər cəzaların tətbiqi nəzərdə tutulurdu.
Xəzər dənizinin 825 km sahil zolağı var ki, bunun hamısına nəzarət etmək mümkün deyil. Bu məsələdə yenə də əsas məsuliyyət dənizə gələn vətəndaşın üzərində qalır. Lakin bir məsələ var ki, Xəzərin çimərlik üçün yararlı olan sahilboyu əraziləri çoxdan hasarlanıb, nəhəng imarətlərin 6-8 metrlik hasarlarını aşıb dənizə yan almaq üçün gərək qanadların ola.
Qalan yerlərdə isə dənizin sahili pullu çimərlik adı altında hasarlanıb, belə çimərliklərə girib dənizdə sərinləməyin xərci adambaşına az qala 30-40 manata da çata bilər. Bu səbəbdən də sərinləmək istəyən paytaxt sakinlərinin bir çoxu dənizin nəzarətsiz sahillərinə üz tutur və həyatlarını riskə atırlar. Yəni dənizin hər il aldığı canlarla Xəzəri hasarlayanlar arasında birbaşa əlaqə var. Hansı ki, FHN-nin açıqlaması da buna dəlalət edir...