
Dəniz qumundan təbii divar
Alimlər çimərlikləri xilas etmək üçün onları elektrikləşdirməyi planlaşdırırlar
Alimlər çimərlikləri xilas etmək üçün onları elektrikləşdirməyi planlaşdırırlar
Antarktidada nəhəng buz kütləsi altındakı “sirli” kəşf
“Soyuqda yaşaya bilməyən” heyvanların sirri açılıb
Kölgəliklər, duş, soyunub-geyinmə kabinləri, sanitariya qovşaqları, futbol-voleybol meydançaları və daha nələr
Suya girənlər ayaqlarının sanki daha dərinə çəkildiyini hiss edir
Sahibkarlara xəbərdarlıq edilib: “Yalnız xidmətə görə pul almaq olar”
“Dəniz bir neçə ailənin ixtiyarına verilə bilməz”
Beş ölkə Xəzəri bölüşdürə biləcəkmi?
Xəzərin statusu barədə doğrudan da razılığa gəlinibmi?
FHN əhaliyə xəbərdarlıq etdi
Xəzərdə batanlarla dənizi hasarlayanlar arasında əlaqə üzə çıxdı
Xilasedicilər işlərinin öhdəsindən gəlib
Xilasedicilərin çağırışlarına əhəmiyyət vermir, üzmə tələblərini pozurlar
Qumsalda xumarlanan suiti
Dənizin hasarlanması sürətləndirilib
Heydər Əliyev 20 il əvvəlki sərəncamını sayan yoxdu
«The Telegraph» qəzeti İngiltərədəki «Exeter» Universiteti Tibb Məktəbinin alimlərinə istinadən yazır ki, dənizlərdə çimmək qulaq ağrısı, qarın bakteriyalarına yoluxmaq kimi təhlükəli hallar yaradır.
Alimlər bildirirlər ki, Britaniyada dənizdə çimənlərin sayının artması qulaq ağrısı xəstəliyinin 77 faiz artması ilə müşayiət olunub.
Bundan başqa qarın-bağırsaq xəstəliklərinə tutulma hallarının riski 29 faiz yüksəlib.
Araşdırmaçılar deyirlər ki, dəniz suyunun təmizlənməsinə milyonlarla funt sterlinq vəsaitin xərclənməsinə baxmayaraq, çirklənmənin səviyyəsi təhlükəli həddə qalır. Bu, onunla əlaqədardır ki, sənayenin çirkab suları, kanalizasiya və əkin tarlalarının arxları hələ də dənizlərə çıxır.
Alimlər bildirirlər ki, dəniz suyu, xüsusilə də qulaq və qarın-bağırsaq xəstəliklərinin yayılmasına yol açır.
Britaniyada hər ay 11 milyon insan dənizdə üzür və son illərdə dəniz üzgüçülüyünün populyarlığı xeyli artıb.
Lakin Britaniya, ABŞ, Avstraliya, Yeni Zelandiya, Danimarka və Norveçdə 1961-ci ildən 120 min insan arasında aparılmış müşahidələr dənizdə çimənlərin müxtəlif xəstəliklərə yoluxma riskinin 86 faiz çox olduğunu göstərib.