
Dünyanın ritmi pozuldu
Daha iki yeni fəsil ortaya çıxdı
Daha iki yeni fəsil ortaya çıxdı
Ən pis ssenari baş verməyə başlayır
Dənizin səviyyəsinin əvvəlkindən 1 metr düşəcəyi deyilir
“Ən uzun yol insanın özünə gedən yoldur” – Cəlaləddin Rumi
Alimlər çimərlikləri xilas etmək üçün onları elektrikləşdirməyi planlaşdırırlar
Antarktidada nəhəng buz kütləsi altındakı “sirli” kəşf
“Soyuqda yaşaya bilməyən” heyvanların sirri açılıb
Suya girənlər ayaqlarının sanki daha dərinə çəkildiyini hiss edir
Yoluxucu xəstəliklər tutulma 29-77 faiz artıb
Beş ölkə Xəzəri bölüşdürə biləcəkmi?
Xəzərin statusu barədə doğrudan da razılığa gəlinibmi?
Xəzərdə batanlarla dənizi hasarlayanlar arasında əlaqə üzə çıxdı
Xilasedicilər işlərinin öhdəsindən gəlib
Xilasedicilərin çağırışlarına əhəmiyyət vermir, üzmə tələblərini pozurlar
Qumsalda xumarlanan suiti
Dənizin hasarlanması sürətləndirilib
Yeni bir araşdırma sahil bölgələrində yaşamağın insan ömrünü uzatdığını ortaya qoyub. Təmiz hava, mülayim iqlim və sağlam həyat şəraiti, sahil həyatını daha üstün edir.
Daha uzun və sağlam bir ömür yaşamaq istəyənlər üçün klassik tövsiyələrə yenisi əlavə olundu: Dəniz sahilinə yaxın yaşamaq.
Ohayo Dövlət Universitetindən tədqiqatçılar, 66 min 263 nəfərin əhali qeydiyyatlarını araşdıraraq, yaşam müddəti ilə su hövzələrinə yaxınlıq arasındakı əlaqəni təhlil ediblər.
Əldə olunan nəticələrə görə, dəniz kənarında yaşayanlar ortalama bir il daha uzun ömür sürür. Şəhər bölgələrində isə ömür daha qısa ola bilər.
Tədqiqatı aparan ətraf mühit sağlamlığı üzrə mütəxəssis Jianyonq Vu, “Sahil ərazilərində yaşayan fərdlərin ortalama 79 illik ömür sürmələri gözlənilir. Halbuki şəhər ərazilərində bu göstərici 78 ilə qədər enə bilər”, – deyib.
Araşdırma birbaşa səbəb-nəticə əlaqəsi göstərməsə də, diqqətçəkən bir bağlılıq ortaya qoyur. Bəs dəniz kənarında yaşamağın bu müsbət təsirinin səbəbi nədir?
Tədqiqatçılara görə, sahil bölgələrində havanın keyfiyyəti yüksəkdir, ekstrem isti və ya soyuq günlərin sayı azdır, həmçinin fiziki aktivliklər üçün imkanlar daha çoxdur.
Bundan əlavə, sahil ərazilərindəki mülklərin baha olması, orada yaşayanların sosial-iqtisadi baxımdan daha üstün mövqedə olduğunu da göstərə bilər.
Daxili su hövzələrinin – göl və çayların – olduğu bölgələrdə isə vəziyyət daha qarışıqdır. Araşdırmada göstərilir ki, kənd ərazilərindəki daxili su kənarlarında yaşamaq bir qədər müsbət təsir göstərsə də, sahil həyatının verdiyi faydalarla müqayisədə zəifdir.
Şəhər mərkəzlərində yerləşən göl və çay sahillərində isə əksinə, ömür qısala bilir.
Ohayo Dövlət Universitetindən ekoloji coğrafiya üzrə mütəxəssis Yanni Cao, “çirkab, yoxsulluq, təhlükəsiz fiziki fəaliyyət sahələrinin çatışmazlığı və daşqın riski – bütün bunlar, şəhər içi su hövzələri yaxınlığında həyatın daha qısa olmasının mümkün səbəbləri sırasındadır”, – deyib.