
Ukrayna müharibəsi poliqona dönüb
Xarici müdafiə şirkətləri silahlarını real döyüşdə sınaqdan keçirəcək
Xarici müdafiə şirkətləri silahlarını real döyüşdə sınaqdan keçirəcək
Medvedevdən Qərbə hücum təhdidi
Kim kiminlədir və Azərbaycan haradadır?
“Axıra qədər müharibəyə hazırlaşır”
Açıq mənbə kodlu modellər böyük maraq doğurur
Çipin üstündəki gözlər
Demokrat sələfinin 4 ildə etdiyini, Respublikaçı lider 5 ayda bacardı
“Patriot”lar, casus uçuşları və Trampın Putinə mesajı
Tramp: “ABŞ ödənişi alacaq”
Putin müharibəyə fasilə verməmək üçün atəşkəsə razılaşmır
Ukraynaya dəstək üçün “yumşaq əllər cibə” çağırışı
ABŞ prezidenti 92 milyard dollardan çox investisiya ediləcəyini açıqladı
Yaxud Tramp və Ukrayna labirinti
Statistik artım, real zəiflik – deflyasiyanın kölgəsində nikbin proqnozlar
Rusiyanın taktikasının qarşısını almaq üçün Avropa hərəkət etməlidir
ABŞ Cənubi Qafqazda 100 illik idarəçilik arzusundadır
Müller təhqiqatını tamamlamaq üzrədir. Artıq gələn həftə onun öz araşdırmasının nəticələrini ədliyyə nazirinə təqdim edəcəyi gözlənilir.
Xüsusi prokuror Robert Müller və komandası 2017-ci il mayın 17-dən bəri Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsini və Donald Trampın seçki qərargahının Rusiya ilə əlaqələrini araşdırır. Artıq məlumdur ki, Trampın yaxın çevrəsinin (oğlu da daxil olmaqla) seçkidən əvvəl və sonra Rusiya təmsilçiləri ilə 100-dən çox kontaktı olub. Bu, normal deyil.
Lakin Müller gizli razılıq və sövdələşmə barədə sübutlar ortaya qoya bilməsə, Trampın qabağında dayanmaq mümkün olmayacaq. Bu halda o, xalqa deyəcək ki, 2 ilə yaxın məni araşdırdılar, heç nə tapa bilmədilər, tərtəmizəm, üstəlik bu müddətdə mənə mane oldular, işləməyə qoymadılar və sizin ödədiyiniz milyonlarla dollar vergi boşuna bu iş üçün xərcləndi. Belə bir vəziyyət Trampın 2020-ci il seçkiləri üçün şansını artıracaq.
Sübutların (və ya seçki ilə əlaqəsi olmayan başqa bir cinayət faktının) ortaya qoyulması halında isə işin rəngi dəyişəcək. Demokratlar Trampın kənarlaşdırılması məsələsini gündəmə gətirəcəklər və Nümayəndələr Palatasında bu barədə qərarın qəbul olunması ehtimalı böyükdür. Senatda respublikaçı çoxluq öz prezidentini qoruya bilər, lakin impiçment baş tutmasa belə, demokratların əlinə güclü arqument keçəcək ki, bundan istifadə edib, Trampın nüfuzunu sarsıtsınlar. Düzdür, Trampın seçiciləri arasında, nə olursa olsun, onu hər şəraitdə dəstəkləyəcək insanlar az deyil, amma istənilən halda, xarici dövlətlə gizli sövdələşməyə getmiş (yaxud başqa bir cinayət törətmiş) siyasətçinin gələcəyi parlaq ola bilməz.
P.S. Maraq üçün deyim ki, həm Müller, həm də Tramp alman-şotland qanı daşıyır.