vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MEDİA-QHT  
21:57 | 6 iyun 2013 | Cümə axşamı Məqaləyə 1685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İndi onlar 20 il də gözləməlidirlər ki?”

Əflatun Amaşov: “Elə jurnalistlər tanıyıram ki, yataqxanada yaşayırlar”

aznews.az

Jurnalistlərin ev məsələsi son günlər ən çox müzakirə olunan məsələlər sırasındadır. Belə ki, Mətbuat Şurasının ev məsələsi ilə bağlı elan etdiyi kriterialardan razı olanlar da var, narazı qalanlar da. MŞ sədri Əflatun Amaşov jurnalistlərin ev məsələsi ilə bağlı bəzi məqamlara toxunub.

Ə.Amaşov həmçinin bu istiqamətdə üzləşdikləri bir çox problemlərdən də danışıb.
O bildirib ki, jurnalistlərin mənzil məsələsi çox aktual məsələdir. Onun sözlərinə görə, bu problemi qaldırarkən mətbuatda bizi qınayanlar da oldu. Hətta Mətbuat Şurasının hökumətdən asılı qalmağa çalışdığını deyənlərdə oldu:
“Bir çoxları dedilər ki, dövlət jurnalistə ev verə bilməz. Jurnalistikanın vəziyyəti yaxşı deyil. Gözləyək ki, vəziyyət yaxşılaşsın? Elə jurnalistlər tanıyıram ki, yataqxanada yaşayırlar. Hətta elələrini tanıyıram ki, 40 yaşı var. İndi onlar bir 20 ildə gözləməlidirlər ki, jurnalistikanın vəziyyəti yaxşılaşsın sonra ev alsınlar. Bu təşəbbüsü dəstəkləmək lazımdır”.
Əflatun Amaşov Mətbuat Şurasının elan etdiyi meyarlardan şikayət edənlərin olduğunu da bildirib: “ Çoxları şikayət edir ki, 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər. Məsələn, elə qəzetlər var ki, bir ofis götürüb qəzet açıblar. Redaksiyaya gəlib-gedib çay içirlər. Jurnalistikada heç bir fəaliyyətləri yoxdur. Elə adamlar var ki, 50 il stajı var, amma jurnalist kimi bir xidməti yoxdur. Təbii ki, onlar da mənzil almaq üçün iddialı olacaqdılar. Ona görə də belə şərtlər qoyduq”.