

Ağdamlılar “Sabah”da xal itirdi
Ağdamlılar qış transferində transfer edəcəkmi?
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Ağdamlılara qələbə lazımdır
Qurban Qurbanov: “Son oyunun mahiyyətini bilirik”
... Yaxud uğuru münasibətlərinə QURBAN edənlər
“Qarabağ” heç-heçəsi nə qədər xal qazandırıb?
“Bircə ona pis oluram ki, “Qarabağ” “Olimpiakos”a az qol vurdu”
... Yaxud “Qarabağ”ın Troya atı
... Yaxud yarımfabrikat çempionatımızın “Sabah”ı
Qurbanov bütün ölkənin yükünü nə vaxta qədər daşıyacaq?
“Qarabağ” indi əsl müdrik bir qocadır
“Qarabağ”ın “Sürix”ə dərs keçməsi möcüzə, nonsens, paradoksdur
Nazir “Qarabağ”ın mərhələ keçməsini sosial şəbəkə səhifəsində təbrik etdi
Qurban Qurbanovun komandası Polşa klubunu darmadağın edərək mərhələ adlayıb
Azarkeş dəstəyinə oyunun əhəmiyyətindən, fəslindən, günündən, saatından asılı olmayaraq ehtiyac var
“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi son Polşa çempionu “Lex” oldu. Beş potensial rəqib arasında ən nataraz rəqib məhz polyaklar idi. Ona görə də püşkdə “Qarabağ”ın bəxtinin gətirdiyini söyləmək olmaz. Bununla belə 8 qat Polşa çempionu ilə mübarizədə cütün favoriti yenə Qurban Qurbanovun komandasıdır.
Amma narahatlıq doğura biləcək fakt odur ki, "Qarabağ" hər zaman avrokubokların ilkin mərhələsini çətinliklə keçir. Bu da təbiidir. Çünki komanda o vaxt fiziki baxımdan tam hazır olmur, futbolçular yeni mövsümdə ilk rəsmi oyuna çıxırlar. Müsbət məqam odur ki, ilk matç səfərdədir və cavab oyununda komanda azarkeşlərinin də ənənəvi dəstəyi ilə mərhələ adlaya bilər.
Bununla belə, komandaya tezliklə yeni transferlər cəlb edilməlidir. Xüsusən orta sahə ilə bağlı məsələ həllini tapmalıdır. Amma Andradenin qalib-qalmayacağı hələ də qeyri-müəyyən qalır. Mənə görə, yeni hücumçu da alınmalıdır.
P.S. Yeri gəlmişkən, avrokuboklarda “Qarabağ” hər zaman polyaklaran üstün olub. Son dəfə Ağdam təmsilçisi 44 günlük Vətən müharibəsinin getdiyi dövrdə Polşa çempionu “Legiya”nı onun meydanında 3:0 hesabı ilə məğlub edərək Avroliqanın qrupuna vəsiqə qazanmışdı.