vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
14:37 | 20 sentyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1877 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bir gün cavab verəcəksən”

Şəhriyarı anım tədbirində Təbriz valisinin çıxışı etirazlara səbəb oldu

CAVİDAN

Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm sentyabrın 19-da Təbriz Universitetinin Vəhdət zalında “Milli Fars Şeiri və Ədəbiyyatı Günü”nə həsr olunmuş konfransda Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarı fars şeir və ədəbiyyatının milli simvolu adlandırıb.

Vali, fars dilinin böyük islam sivilizasiyasının genişlənməsi və təbliği dili olduğunu deyib və bu dilin özünün çiçəklənmə dövründə ən şərq nöqtəsi olan Hindistan və Çindən, ən qərb nöqtəsi olan Albaniyaya qədər yayıldığını iddia edib.

Onun bu çıxışı sosial mediada güney azərbaycanlılar tərəfindən tənqidlərlə qarşılaşıb.

Onlar bu sözlərin valiyə diktə olunduğunu və onun fars şovinistləri və hökumət tərəfindən tapşırılan mətni oxuduğunu deyib. onun manqurt olduğunu qeyd ediblər.

“Necə olur ki. Kanadada yaşayan fars qaçqınlarının uşaqlarına öz ana dillərində təhsil almaq şərayiti yaradıldığı halda İranda azərbaycanlılara öz dillərində təhsil qadağan edilir”, – deyə, sosial media istifadəçiləri valiyə sual veriblər.

Təbrizin “azərəncümən” saytının yaydığı xəbərə münasibət bildirən çox sayda azərbaycanlı valini satqınlıqda ittiham edib. Onun fars şovinizminə qulluq etdiyini bildirilib.

“Bir gün bu ölkədə ədaləti yenidən bərpa edəcəyik”, – deyə, fəallardan biri valiyə xəbərdarlıq edib və bu gün dediklərinə görə bir gün cavab verməli olacağını yazıb.

Qeyd edək ki, 2002-ci ildə Azərbaycan əyalətlərinin İran parlamentindəki nümayəndələrinin təklifi ilə 18 sentyabr Şəhriyarın anım günü “Milli Şeir və Ədəbiyyat Günü” kimi təsdiq edildi.

Bundan bir il sonra bu ad dəyişdirilərək “Milli Fars Şeiri və Ədəbiyyatı Günü” kimi təsdiqləndi və bir neçə nümayəndənin, çox sayda azərbaycanlının etirazına baxmayaraq ad dəyişdirilmədi.