
Doha əməliyyatının sirri
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı
“Ya silahlarınızı təhvil verin, ya da Qəzza məhv ediləcək və siz aradan qaldırılacaqsınız”
Girov razılaşmasını qəbul etməsi üçün ...
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İrandan 12 günlük müharibədən sonra ilk hərbi təlim
Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası
12 günlük müharibədən sonra Tehran üstün xüsusiyyətlərə malik raketləri olduğunu deyib
Suriya və İsrail masaya oturdu
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Yarım milyardlıq layihənin 135 milyonunu Berlin ödəyib
İsrailli nazir Xameneyiyə sui-qəsd hədəsini təkrarladı
İsrailli din xadimi Fransa prezidenti Makronu hədələdi
İsrail intensiv hücuma məruz qalan Livana qurudan hücuma hazırlaşdığını açıqlayıb. Bunu İsrailin Baş Qərargah rəisi Herzi Halevi 7-ci Zirehli Briqada birliklərinin Livana qurudan hücumunu simulyasiya edən təlim zamanı deyib.
Halevi hədəflərinin İsrailin şimalında yaşayan insanların evlərinə qayıtması olduğunu və bu məqsədlə Livana quru hücum manevrinə hazırlaşdıqlarını bildirib.
Livandakı “Hizbullah” terror təşkilatının bu gün hücum dairəsini genişləndirdiyini iddia edən Halevi Hizbullahın bu gün çox güclü cavab alacağını bildirib.
Halevi bildirib ki, bölgəni İsrail ordusunun Livana girmə ehtimalına hazırlamaq və Hizbullaha "zərbə vurmağa davam etmək" üçün hava hücumları davam edir.
İsrail ordusu bu gün Livana mümkün quru hücumundan əvvəl 2 ehtiyat əsgər briqadasını ölkənin şimalına yerləşdirməyə qərar verdiyini açıqlayıb.
İsrail ordusu bazar ertəsi, sentyabrın 23-dən Livanın cənub şəhərlərinə, həmçinin Bekaa və Baalbek bölgələrinə yüzlərlə hava zərbəsi endirib.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimal bölgələrinə köç dalğası davam edir.
***
Digər tərəfdən “Hizbullah” tərəfindən edilən yazılı açıqlamada Həsən Hamud, Abbas İbrahim Şərəfəddin, Əhməd Əvəli və Məhəmməd Hüseyn Əli ər-Rabahın İsraillə qarşıdurmada öldüyü bildirilib.
Livan “Hizbullah”ı ilə İsrail ordusu arasında oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda və qarşılıqlı hücumlarda həyatını itirən terror təşkilatı ünsürlərinin sayı 510-a yüksəlib.
İsrail ordusu sentyabrın 23-dən Livana, xüsusilə cənub bölgələri və şərqinə intensiv hava zərbələri endirir.