

Xəzərin dibi ilə çəkiləcək internet kabeli layihəsinə start verilir
Qonşularının müstəqilliyinə məhəl qoymayan Rusiya ondan icazəsiz atılan hər addım “Qərbin sui-qəsdi” kimi dəyərləndirilir
Ərazidəki insanlar sərxoş olub yatırlar
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
“Astana Opera”nın Bakıya qastrolu
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
Tokayev hərbi doktrinanı da dəyişdirib
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
İki yol arasında fərq 500 km-ə yaxındır
Qazaxıstanda “Lightyear” filmi qadağan edilir
Aksiya iştirakçıları antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olanlar üçün ədalət tələb edir
2013-cü ildə Qazaxıstanda qəribə bir xəstəlik yayılır. Xəstəliyə yoluxan insanlar iş yerlərində, məktəb partası arxasında yuxuya gedirlər və onları bir neçə sutka ərzində oyatmaq olmur. O dövrdə Qazaxıstan və Rusiya alimləri fəal iş aparsa da, xəstəliyin səbəbini hələ də müəyyən etmək mümkün olmayıb. Bununla belə, tibbi tədqiqatlar həmin insanların sağlam olduğunu göstərir.
Yuxu xəstəliyi 20-ci əsrin ən dəhşətli epidemiyalarından biridir.
1916-cı ilin əvvəllərində Avstriya və Fransada yaranıb bu xəstəlik və bir il ərzində o qədər çox xəstə insan oldu ki, bunu artıq epidemiya adlandırmaq olardı. Sayıları əvvəlcə yüzlərlə, sonra minlərlə, sonra isə milyonlarla olan xəstələrin anlaşılmaz vəziyyəti avropalı həkimləri çaş-baş salmışdı.
Yuxu xəstəliyi kimi tanınan bu epidemiyanın əlaməti insanların saatlarla, günlərə yatmasına səbəb olurdu və çox vaxt oyanmırdılar pasientlər.
Ölməyənlər bir neçə həftə, hətta aylar belə qəribə “asma animasiya”da yata bilirdilər və xəstəliyin kəskin mərhələsi keçəndə yenə də normal insanlara oxşamırdılar. Onlar artıq gecə-gündüz yatmırdılar, heç bir söz demədən, heç bir duyğu ifadə etmədən hərəkətsiz otura bilirdilər. Oyanandan sonra heç biri başlarına gələnləri xatırlaya bilmirdi.
Bu epidemiya elm adamları üçün əsl sirr halına gəldi, çünki bu xəstəliyin müalicəsi hələ də yoxdur və 5 milyon insan 1916-1917-ci illərdə yoluxmuş idi.
Kəskin fazada olan xəstələrdə ölüm nisbəti 20-40% arasında dəyişirdi. İnsanlar əsasən tənəffüs çatışmazlığından ölürdülər, lakin ölümün əsas səbəbi hələ də "yuxu xəstəliyi" idi.
1923-25-ci illərdə Rusiyaya da gəlib çatmış idi. Moskvada, Bakıda, Kişinyov, Kiyev də belə simptomlar müşahidə edilirdi və Köhnə-Yekatrina xəstəxanası müalicə üçün ayrılmış idi və çox gizli şəkildə xəstələr ora aparılırdı. Hər dörd nəfərdən biri yuxudan ayıla bilmirdi. Professor Mixail Marqulis bu xəstəxana rəhbəri olaraq təyin edilmiş idi. Rəsmi rəqəmlər 100 dən çox ölüm olduğunu yazsa da, bolşevik rəhbərlər qalan məlumatları tam məxfi şrift altında saxlamağa qərar verir.
Xəstəlik 1927-ci ilə qədər davam etdi, lakin ən maraqlısı odur ki, həkimlərin səyi ilə deyil, öz-özünə yox oldu – göründüyü kimi müəmmalı və gözlənilməz şəkildə.