

Vatikan: “Papa Fransis həyati təhlükəni geridə qoydu”
Vatikanda Papanın onu sevənlərə təşəkkür edən səs yazısı yayımlandı
Katoliklərin lideri Pasxa ayinini ötürməli olacaq
Papanın son sağlamlıq vəziyyəti açıqlanıb
“Tənəffüs vəziyyətinin qəfil pisləşməsi aspirasiyaya səbəb olub”
Vatikan: “Papanın səhhəti son 24 saatda bir qədər yaxşılaşıb”
Vatikan: “Xəstəliyin gedişi ilə bağlı proqnoz vermək mümkün deyil”
Vatikan: “Papanın səhhəti kritik olaraq qalır, lakin ...”
Mürəkkəb ağciyər infeksiyası ilə əlaqədar böyrəyində kiçik ilkin pozğunluq meydana gəlib
Papanın vəziyyəti kritikdir, lakin ...
Papanın səhhəti kritik olaraq qalır
Roma Papası gələn həftəni də xəstəxanada keçirəcək
Papa Fransiskin sağlıq vəziyyəti açıqlandı
Fransisk bronxit müalicəsi üçün 5 gün həkim nəzarətində ola bilər
Roma Papası Fransisk dindarlardan üzr istəyib
Nəfəs almaqda çətinlik çəkən Papanın çıxışını köməkçisi tamamlayır
Vatikan açıqlayıb ki, katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Papa Fransiskin müalicəsində dəyişiklik edilib, çünki analizlər mürəkkəb kliniki vəziyyəti göstərib, onun xəstəxanada bir az daha qalacağını və vəziyyətinin stabil olduğunu göstərib.
Vatikan Mətbuat İdarəsi bronxit səbəbiylə fevralın 14-dən Romadakı Gemelli Xəstəxanasında müalicə alan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı yazılı açıqlama verib.
Bəyanatda deyilir: “Son günlər və bu gün aparılan analizlərin nəticələri göstərdi ki, tənəffüs yollarında polimikrob infeksiyası var və bu, müalicənin dəyişdirilməsini zəruri edib. İndiyədək aparılan bütün analizlər mürəkkəb klinik mənzərədən xəbər verir və müvafiq xəstəxanaya yerləşdirmə prosesini tələb edir”.
Fevralın 19-da keçiriləcək ümumi qəbul sessiyasının da Papanın xəstəxanada qalması ilə əlaqədar ləğv edildiyi açıqlanıb.
Vatikan mətbuat katibliyinin axşam saatlarında yaydığı ikinci açıqlamada, “Papanın qızdırması olmadığı və ona yazılan müalicəni almağa davam etdiyi bildirilib. Onun klinik vəziyyəti stabildir. Bu gün o, bəzi işlərlə məşğul olub və mətnləri oxumağa vaxt ayırıb. Papa Fransisk bu vaxt almağa davam etdiyi çoxsaylı sevgi və dəstək mesajlarından dərindən təsirlənir”, – deyilir.
***
İtaliya mətbuatında yer alan xəbərlərə görə, Papa Fransisk xəstəxanada olmasına baxmayaraq, hər gün olduğu kimi Qəzzadakı katolik icmasına zəng edərək onların halını soruşmağa davam edib.
“Tgcom24”ə danışan camaat üzvü, “Papa cümə və şənbə günləri bizə zəng etdi. Onun əhvalı yaxşı idi. Səsi bir az yorğun idi, amma necə olduğumuzu bilmək istəyirdi”, – deyib.
Papa Fransisk fevralın 9 və 12-də keçirilən iki ictimai tədbirdə çıxış edə bilməyib. Vatikan lideri bronxit olduğunu və nəfəs almaqda çətinlik çəkdiyini bildirib və köməkçilərindən onun çıxışlarının mətnlərini oxumağı xahiş edib.
Papa sonuncu dəfə 2023-cü ildə Gemelli Xəstəxanasında bir dəfə nəfəs darlığı və bir dəfə də qarın divarına protez yerləşdirmək üçün əməliyyat olunaraq müalicə olunub.
2013-cü ildən katoliklərin ruhani lideri olan Papa Fransisk ilk dəfə 2021-ci ildə Gemelli Xəstəxanasına yerləşdirilib və yoğun bağırsağından əməliyyat olunub.