
Sələfinin vəliəhdi
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Vatikanda amerikalı keşişlərin mövqeyi güclənib
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
Robert Fransis Prevos katoliklərin yeni ruhani lideri oldu
Sikstin kapellasınln bacasından ağ tüstü qalxır
Günortadan sonra növbəti səsvermə keçiriləcək
Yeni Papanı dünyaya elan edəcək Dominik Mamberti kimdir?
Kardinallar Sikstin kapellasına qayıdıblar, 4 səsvermə keçiriləcək
Vatikan səsvermənin ilk turunda yeni Papa seçə bilməyib
Tarixində ilk dəfə ən çox bölünmüş katolik kilsəsində dramatik Konklav
Kilsə tarixində iz qoyacaq seçki başladı
Gizlilik andı alındı, seçki başladı
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
Vatikanın bacası quruldu, nəzərlər tüstüyə dikildi
Məşhur rejissor Skorseze mərhum Papa haqqında film çəkəcək
Papa öldü, avro sikkələr dəyər qazandı
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk bir müddətdir ki, bronxit xəstəliyindən əziyyət çəkdiyi üçün Romadakı Gemelli xəstəxanasına aparılıb.
Vatikan Mətbuat Ofisindən verilən yazılı açıqlamada, “Papa Fransisk bu səhər qəbulundan sonra bəzi lazımi analizlər və bronxit müalicəsini xəstəxanada davam etdirilməsi qərarına gəlindi”, – deyilir.
İtaliyanın ANSA agentliyi Roma Papası Fransiskə yaxın mənbələrə istinadən xəbər verib ki, katoliklərin xəstəxanada müalicəsinin ruhani lideri beş gün davam edə bilər.
Vatikanın Mətbuat İdarəsi də axşam saatlarında açıqlama verib: “Son günlər bronxitinin tədricən pisləşməsi ilə əlaqədar Papa lazımi analizlərdən keçib və xəstəxanada dərman qəbuluna başlayıb. İlkin müayinələrdə tənəffüs yollarının infeksiyası olduğu müəyyən edilib. Kliniki vəziyyəti stabildir, qızdırmasında cüzi dəyişikliklər var”.
***
Vatikanın sözçüsü Matteo Bruni də Vatikanda akkreditə olunmuş jurnalistlərə Papanın sakit və yaxşı olduğunu, qəzet oxuduğunu deyib.
Ayın əvvəlindən bronxitdən əziyyət çəkən Papa Fransisk fevralın 9-u və 12-də keçirilən iki kütləvi tədbirdə bronxitdən əziyyət çəkdiyini və nəfəs almaqda çətinlik çəkdiyini bildirərək, öz çıxışlarını çatdıra bilmədiyini, köməkçilərindən bunları oxumağı xahiş edib.
Papa sonuncu dəfə 2023-cü ildə Gemelli Xəstəxanasında bir dəfə nəfəs darlığı və bir dəfə qarın divarına protez yerləşdirmək üçün əməliyyat olunaraq iki dəfə müalicə olunub.