

Xidmət haqqı nəyə görə alınır?
DİM keyfiyyətsiz sistemləri ilə abituriyentlərin gələcəyini riskə atır
Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?
Sabahdan boş qalan yerlərə ixtisas seçimi aparılacaq
V qrup 26709 abituriyent üzrə biliyini sınayacaq
Magistatra imtahanı iyunun 4-də keçiriləcək
Qəbul imtahanlarında 700 bal toplayan abituriyentləri siz də tanıyın
22 min nəfər 10 gün ərzində artıq özünü sınayıb
Qəbul imtahanının nəticələri açıqlandı
Abituriyent: «Nəzarətçi qısa yubka geymişdi, cəmi 200 bal toplaya bildim»
«Testi ləğv etmək neqativ hallara yol açmaqdır»
TQDK-nın keçmiş əməkdaşından Məleykə Abbaszadənin yuxusunu qaçıracaq açıqlama
TQDK təcrübələrin öyrənilməsini və təbliğini istəyir
TQDK-nın saytından və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə ...
Magistratura imtahanının nəticələri açıqlandı, lakin bir həqiqət növbəti dəfə təkrarlandı – bu nəticələrin universitetlərə heç bir aidiyyəti yoxdur. Dörd il bakalavr pilləsində oxuyan tələbənin magistraturaya qəbul olmaq üçün qazandığı biliklərə əsaslanmaması, bunun əvəzinə imtahan üçün ayrıca hazırlaşmağa məcbur olması, mövcud qəbul modelinin nə qədər yanlış olduğunu sübut edir.
Hazırkı sistemdə tələbə 4 il ərzində ali təhsil alır, universitetlər ona müxtəlif sahələrdə fundamental biliklər ötürür. Lakin magistratura imtahanı zamanı bu biliklərin heç biri yoxlanılmır. 95 test sualı və bir esse tələbənin hansısa ixtisas üzrə nə qədər dərin biliyə malik olduğunu deyil, sadəcə imtahan texnikasına nə qədər yaxşı hazırlaşdığını ölçür.
Universitetin verdiyi təhsil yoxlanılmadığına görə, tələbələr məcburən qəbul üçün kurslara üz tuturlar. Bu isə təhsil sisteminin təməlindəki problemin göstəricisidir. Çünki magistratura təhsili ali təhsilin davamıdır və bakalavrda öyrənilən biliklərin inkişafına əsaslanmalıdır. Ancaq bizdə universitetdə oxumağın magistraturaya qəbulda heç bir önəmi yoxdur. Bu sistem universitetlərin rolunu sıfıra endirir və onların keyfiyyətinə təsir etmir. Çünki tələbə dörd il ərzində nə öyrənməsindən asılı olmayaraq, eyni qaydada magistraturaya qəbul imtahanına hazırlaşmalıdır.
Bu model tələbələri yalnız imtahana yönəldir, fundamental araşdırmaları, akademik düşüncəni və elmi yanaşmanı kənarda saxlayır. Halbuki dünyanın qabaqcıl ölkələrində magistraturaya qəbul universitetlərin öz akademik göstəricilərinə əsaslanır. ABŞ, Almaniya, Böyük Britaniya, Kanada kimi ölkələrdə magistr təhsili üçün tələbələrin universitetdə qazandıqları biliklər, onların akademik tədqiqat qabiliyyəti və ixtisas üzrə dərinliyi əsas götürülür.
Bəs bizdə?
• Tələbə bakalavrdan tamamilə fərqli məntiq suallarını həll etməli olur.
• Xarici dil testləri real akademik bilikdən daha çox test strategiyasına əsaslanır.
• Esse yazısı isə subyektiv qiymətləndirməyə açıqdır və elmi-tədqiqat bacarığını ölçmür.
Bütün bunlar göstərir ki, mövcud sistem magistr təhsilini elmi inkişaf pilləsi kimi deyil, sadəcə daha bir diplom əldə etmək üçün keçilən mərhələ kimi formalaşdırıb. Əgər məqsəd yüksək səviyyəli elmi kadrlar yetişdirməkdirsə, sistem kökündən dəyişdirilməlidir.
Magistraturaya qəbul universitetlərin verdiyi təhsil əsasında aparılmalıdır. İxtisas bilikləri, akademik nailiyyətlər və universitetlərin öz daxili qəbul mexanizmləri əsas götürülməlidir. Əks halda, ali təhsil sadəcə bir formal prosedura çevriləcək və universitetlərə olan etimad daha da azalacaq. Təhsil strategiyasını dəyişməyin vaxtı çoxdan çatıb.