vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ELM-TƏHSİL, DİN  
13:07 | 22 fevral 2025 | Şənbə Məqaləyə 377 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İmtahan sistemində növbəti xaos

DİM keyfiyyətsiz sistemləri ilə abituriyentlərin gələcəyini riskə atır

Kamran ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Elektron ərizə qəbulu həyata keçirən Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə sadə seçim prosesini təqdim etdiyini iddia edir. Amma nəticə? 16-17 yaşlı gənclər bölmə və xarici dil seçərkən səhv etdikdə, düzəliş etmək istəyirlər, amma sistem işləmədiyi üçün bunu edə bilmirlər. Ərizəni ləğv edib yenidən müraciət etmək istəyən abituriyentlər SMS gözləyir, amma sistem mesaj göndərmir. Saatlardır gərginlik keçirən onlarla gənc ağlayaraq kömək istəyir.

Bu halda xeyli sual yaranır: Sistemi istifadəyə verməzdən əvvəl test etmək lazım deyilmi? Əsas məqsəd 45-50 manat rüsum toplamaqdır, yoxsa keyfiyyətli xidmət göstərmək? Bu yaşda gənclərin psixoloji gərginliyini heç düşünən varmı? Təhsil sistemində illərdir davam edən bu laqeydlik nə vaxta qədər davam edəcək?

Abituriyentlərin haqlı narahatlığı qulaqardına vurulmamalıdır. DİM keyfiyyətsiz sistemləri ilə insanların gələcəyini riskə atmaq əvəzinə, öz işinə ciddi yanaşmalıdır!