

Cəmiyyəti tədricən rus dilindən uzaqlaşır
Tələb belə olmalıdır: Azərbaycan dilini bilmək məcburidir!
Səs-küylə heç nəyə nail olmaq mümkün deyil
Telekanallardan düşməyən əzəmətli filoloqların dilimizə xidməti nədədir?
Bizim “obrazovannı”lar
... Və ideoloji işbazların dil “sevgi”si haqqında bəzi mülahizələr
Dilinin statusunun artırılması üçün mümkün hüquqi və idarəetmə addımları
Süni vasitələrlə edilən nə varsa, ekspansiyadır
Məqsəd nədir?
... Yaxud kolonial iyerarxiyaların varlığı
... Yaxud bir batalyon alimin yığışıb “nu poqodi, zayeç!” deməsi
İnsanlarımız təfəkkürlərində bizim ölkənin dünyadakı yerinə bir göz atsınlar
Ana dilimiz çətinliyinə görə 3-cü qrupa daxil edilib
Sözlərimiz mentalitetimizi formalaşdırır
Adımıza millətçi, türkçü damğasını vurub …
Düsturların, qanunların, qaydaların izahı erməni-budaq cümləsindəydi
Bir neçə il əvvəl Qazaxıstanda dövriyyəyə yeni söz buraxıldı. Qazax türkcəsinə qarşılığı olmayan морковь (yerkökü) sözünün əvəzinə sabis sözü işlədilməyə başladı. Aləm dəydi birinə. Rusdillilər və ruslar bu sözü hoydu-hoyduya götürdülər.
Niyəymiş?
Söz ruscadan заебись ( jarqon “bombakimi”) sözünə oxşayırmış. Amma qazaxlar sakitcə restoranlara və tərəvəz dükanlarına bu adı qoymağa başladılar. Sözün mənasını araşdırdım, sən demə səbzə sözü imiş. Nə gözəlmiş, deyə düşündüm.
Sonra gözümə şaştaraz sözü batdı. Bu haqda yazmışdım. Sən demə, saçtaraz imiş-bərbər, yəni saç düzəldən. Saçtarazın nəyi bərbərdən pisdir, hələ mən nə kəsdiyi bəlli olmayan dəlləkdən danışmıram. Sonra yaşlılara dedikləri şal sözünə rast gəldim. Maraqlı gəldi. Sən demə şal-çal-çallaşmış saç-ağsaqqal demək imiş. Şal gel, şal git deyirləmiş.
Bir həftədir Azərbaycanda millət bir-birini qırır.
Niyəymiş.
Dilimizin adı türk dili yox, Azərbaycan diliymiş.
Bir həftədir oturub fikirləşirəm, görəsən dava nəyin davasıdır? Heç nə, biz qocaya qoca deyirik, onlar İstanbulda ərlərinə qoca deyirlər. Amma hər ikimiz qocaman dağ və qoca çinar deyirik. Yəni böyük. Biz babamıza qoca deyirik, yəni böyüyümüz. İstanbulda isə ərlərinə qoca deyib ailə böyüyü sayırlar. Ya da qarı. Fərqi yoxdur. Adamlar bir yerdə qocalıb-qarımaq istəyir, nəyi pisdir? Ərəbcəsi söyüş alan arvad sözündən pisdir? Yoxsa mutluluq xoşbəxtlikdən pisdir? Bəlkə okul məktəbdən, öyrədən-müəllimdən, arxadaş-bratdan pis səslənir?
İstanbulda geliyorum deyirmişlər. Qazax-Kəlbəcər-Borçalı zonasında gəleyrem demirlər? Nə fərqi var? Eyni sözün fleksiyaya uğramış formasıdır da. Bakıdan İstanbula gedənə qədər dəyişikliyə uğrayıb. Gəlirəm, gəleyrəm, qaradənizdə geleyrum və istanbulda gəliyorum. Çoxmu fərqlidir? Mənim başımı kəs gəliyorum deməyəcəm. Çünki bizim türkçədə gəlirəmdir.
Axşama qədər uzatmaq olar.
Oxşar eyni köklü sözlərdir.
Amma axı məsələ bu da deyil.
Nəymiş məsələ?
Məsələ 37-ci ildə Stalinin repressiyaya uğratdığı dilin adının reabilitasiyasından gedir. Azərbaycan dilinin adının Azərbaycan türkcəsi və ya türk dilinə çevrilməsindən. Yəni öz türkcəmizdə ədalətin bərpasından. Ədalətin bərpası İstanbulda da, Bakıda da, Daşkənddə də, Aşxabadda da, Almatıda da eyni səslənir. Çünki, hamısı bir soydur, bir dildir. Hə, fərqli interpretasiya oluna, vurğu, ləhcə, səslənmə və məna fərqi ola bilər. Amma bununla mən, sən, kinorejissor, deputat-şair yox, dilçilər məşğul olmaldırlar. Onlar oturub baş sındırıb, sözlərin kökünə gedib ortaq sözlər tapmalıdırlar. Bu qədər bəsit.
Nəyin davasıdır? Niyə mübahisə edirsiz?
İstəmirsiz? Lap yaxşı, istəməyin.
Dil-dövlət atributu sayıldığından, bu haqda konstitusiyada müvafiq bənd var. Deməli, onu dəyişmək üçün nə lazımdır? Əlbəttə ki, referendum. Demək ki, mübahisəyə nə lüzum var, nə də gərək. (Yeri gəlmişkən, Ana Yasa(q) sözü prostitusiya sözünə oxşayan konstitusiyadan pisdir?)
Yəni, əzizlərim, mübahisəyə gərək yoxdur. Niyəymiş?
Gedib ümumxalq referendumunda səs vermək yetərlidir. Bunun başqa yolu yoxdur ki…
Şəxsən mənim fikrimcə, Azərbaycanda yaşayan əhalinin 93 faizinin dili türk dilidir. Neçə faiz dili talışdır, ləzgidir, yəhudidir, rusdur, udindir, avardır, saxurdur, gürcüdür, ayıb olmasın ermənidir, mən bilmirəm. Bunu mütəxəssislərdən soruşmaq lazımdır.
Amma Azərbaycanda yaşayanların 93 faizin dili türk dili olduğu dövlət dili ya türk, ya da Azərbaycan türkcəsi olmalıdır. Məncə, bu mübahisəyə qapalıdır.
Niyəymiş?
Çünki, bunun İstanbulda deyilən kravat, asansör, klaüför, kontejanla əlaqəsi yoxdur. İstanbulda olan heç nə ilə əlaqəsi yoxdur.
Amma ...
Uzun incə bir yoldayam,
Gedeyrim gündüz, gecə.
Bilmeyrem nə haldayım,
Gedeyrim gündüz, gecə
İlə çox əlaqəsi var.
Çünki, əsl öztürkcə oğuz dilidir. Yəni, Dədə Qorqud dili. Osmanlını da burdan gedən Oğuz bəyləri qurub. Heç kim narahat olmasın, ortaq dil olduğunda biz “onların” dilində danışmayacağıq, “onlar” bizim dilimizdə danışacaqlar.
“İncə donlum yer basmayıb yeriyən,
Başım baxtı, evim taxtı, sevgilim.
Evdən çıxıb yüyürəndə sərvi boylum,
Badam yesə boylu görünər incəbellim,
Topuğunda sarmaşanda qarasaçlım.
Qoşa badam sığmayan dar ağızlım,
Qar üstünə qan dammış tək alyanaqlım.
Sevgilim, gözəlim, adaxlım”
deyəcəklər.
Niyəymiş?
Çünki, türk dili budur.
Əsən, yəni sağ-salamat qalın.