Dilimizin qatları ...
... Yaxud bir batalyon alimin yığışıb “nu poqodi, zayeç!” deməsi
Aqşin YENİSEY
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dünyada təmiz dil qalıbmı?
İnsanlarımız təfəkkürlərində bizim ölkənin dünyadakı yerinə bir göz atsınlar
-
«Dil inqilabı»
Sözlərimiz mentalitetimizi formalaşdırır
-
Kəmfürsətcillərin qabaqdangəlmişliyi
Adımıza millətçi, türkçü damğasını vurub …
-
Adını nə qoysanız da türk dilidir
Düsturların, qanunların, qaydaların izahı erməni-budaq cümləsindəydi
-
«Azərbaycan türkcəsi üçün itmiş adamlar: necə az etməli?»
Dil və pul
-
«Dil ləyaqət sistemində olmayanda»
İkidillilik haqqında bir düstur
-
«Dilimizdə bu sözləri dəyişmək lazım imiş?»
-
«Bizdəki gənc moltanılar»
Dil və ləyaqət məsələsi
Tələffüz qaydaları dilin yalnız şifahi funksionallığını tənzimləyir. Dil yalnız ünsiyyət vasitəsi kimi istifadə olunanda bu qaydaların əhəmiyyəti var. Nitq adlanan dilin bu səthi qatına ədəbiyyat, elm, fəlsəfə çox nadir hallarda müraciət edir.
Son yüz il də Azərbaycan dilinin daha dərin problemləri yaranıb.
Elmimiz yoxdur, çünki dilimizin elmi qatı yoxdur!
Fəlsəfəmiz yoxdur, çünki dilimizin fəlsəfi qatı yoxdur!
Texnologiyamız yoxdur, çünki dilimizin texnoloji qatı yoxdur!
Ədəbiyyatımız yoxdur, çünki dilimizin ədəbiyyat yaratmaq üçün yuxarıdakı qatları yoxdur!
İlk dil açan insandan sonra inkişaf, yenilik təfəkkürə dil vasitəsilə daxil olur. Başlanğıcda anlayışlar vardı, dil yox idi. Allah vardı, "allah" kəlməsi yox idi. Dilə daxil olan allah kəlməsi mədəniyyəti yaratdı. Çünki dil təfəkkürdə təsəvvürü yaratdı. İnsan dil vasitəsilə təfəkküründə allah anlayışının müxtəlif təsəvvürlərini canlandırdı.
Sözlər yaranır, ölür, anlayışlar qalır. Təfəkkürümüzdə müasir anlayışların yeri boşdur.
Bu gün intellektual imkanları məhdud olduğu üçün Azərbaycan dili müasir inkişafın təsəvvürünü təfəkkürümüzdə yarada bilmir, ona görə o boşluğu şifahi dilin, nitqin köhnəlmiş elementləri dərhal doldurur.
Bu gün sevilən ədəbiyyatımız da şifahi dilin imkanları ilə yaradılan ədəbiyyatdır. Halbuki o da bərbad vəziyyətindədir.
Məsələn, siz bu gün romanınızda şeytanın qıçını sındırıb bir-birini sevən iki Azərbaycan gəncinin seks səhnəsini canlandırmaq istəsəniz dilimizin adi seksual potensialının olmadığı gerçəkliyi ilə qarşılaşacaqsınız. Mövcud potensialı da yataqda kullansanız ya qız oğlanın üzünə tüpürəcək, ya oğlan qızı bıçaqlayacaq.
Hətta mən bir yazımda yazmışdım ki, Leyli və Məcnunun qovuşmamasının səbəbi sinfi bərabərsizlik filan deyildi. Füzulinin (qadını şərin bədəni kimi görən irfanın) dilində bu qovuşmanı gerçəkləşdirən sözlərin olmaması idi. Leyli və Məcnun dilimizin seksual kasıblığı ucbatından ayrıldı. Seksual potensialı olmayan dilimiz imkan vermədi ki, o iki gənc qovuşun. Dilimiz Leyli və Məcnunun ailə obrazını təfəkkürümüzdə yarada bilmədi deyə bu gün biz də öz Leylimizi, Məcnunumuzu ailənin kənarında axtarırıq. Çünki dilin təfəkkürdə yaratdığı kod (anlayış) bizə deyir ki, evdəki sənin Leylin, yaxud Məcnunun ola bilməz. Sənin Leylin ibn Salamın arvadıdır, gör neynirəsən.
Leyli və Məcnun ad (söz) kimi dilimizdə öldü, amma kod (anlayış) kimi təşəkkürümüzdə ilişib qaldı.
Sən də orda bir batalyon alimi yığmısan ki, “nu poqodi, zayeç!”.