Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:12 | 23 noyabr 2022 | Çərşənbə
Məqaləyə 1086 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
“The Financial Times” dərgisində yayımlanan məqaləyə görə Tayvanda müharibə başlayarsa, dünya iqtisadiyyatı hər il 2.5 trilyon dollar itirəcək. “Rhodium Group” analitik şirkəti ABŞ Dövlət Departamentinin sifarişi əsasında hazırladığı hesabat əsasında bu astronomik rəqəmi müəyyənləşdirib.
Analitiklərin fikrincə, müharibə həm Tayvan, həm də Çin iqtisadiyyatında böyük zərbə vuracaq və bundan sonra dünya iqtisadiyyatında “domino effekti” yaranacaq. Ən çox Cənub-Şərqi Asiya ölkələri zərər görəcəklər. Avtomobillərin, bilgisayarların və mobil telefonların istehsalında qeyri-sabitlik yaranacaq. Bu isə dünya ticarətini silkələyəcək. Analitiklərin fikrincə, bu durum onsuz da problemlərlə üzləşən Avropa üçün də yeni problemlər yaradacaq.
Bu arada, karbon emissiyalarının azaldılması ilə bağlı öhdəliklərin əksinə olaraq, Çin kömür hasilatını artırmağı və daha çox istilik elektrik stansiyaları tikməyə qərar verib. Bu, çirklənməni azaltmaq və bununla da qlobal istiləşməni dayandırmaq üçün qlobal səylərə böyük zərbə kimi qiymətləndirilir. Çin lideri Si Tsinpin ölkəsinin təmiz enerji alternativi tapılana qədər kömürdən istifadə etməyə davam edəcəyini bildirib. Beləliklə, hazırkı 4,1 milyard ton kömür istehsalının azaltması əvəzinə, Çində kömür hasilatı 2025-ci ildə 4,6 milyard tona yüksələcək. Üstəlik, Çin xaricdə də kömür stansiyaları tikir.
Pekinin diqqət ayırdığı məkanlardan biri də Latın Ameirikasıdır. Çin bu qitədə də iqtisadi mövqelərini möhkəmləndirir. Argentina, Boliviya və Çili cib telefonları, noutbuklar və kameralar üçün təkrar doldurulan akkumulyatorların istehsalı üçün istifadə edilən litiumun istehsalını və qiymətlərini müəyyən etmək üçün OPEK-ə bənzər bir razılaşma yaratmaq istəyirlər. Ancaq bu ölkələr Çindən ehtiyatlanırlar. Bu üç Latın Amerikası ölkəsi birlikdə dünyanın müəyyən edilmiş litium ehtiyatlarının təxminən 56 faizinə malikdir. ABŞ Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, Boliviya dünyanın məlum litium ehtiyatlarını təşkil edən 89 milyon tonun 21 milyon tonuna, Argentina və Çili isə qlobal istehsalın təxminən 32 faizinə malikdir. Bu Latın Amerikası ölkələrində əksər litium hasilatı xarici və ya özəl mədənçilər tərəfindən həyata keçirilir və onlar arasında siyasət səviyyəsində və ya istehsal və qiymət məsələlərinə dair hər hansı qərara təsir etməkdə koordinasiya azdır. Çin dünya üzrə ümumi litium ehtiyatlarının 6 faizindən azını təşkil edir. Buna baxmayaraq, Çin dünyadakı litium emalı potensialının 60 faizindən çoxuna nəzarət edir. Çin həm də litium-ion batareyalarının ən böyük istehsalçısıdır. Pekin qlobal litium-ion batareya istehsalının 80 faizə qədərini təşkil edir. Ona görə də Latın Amerikasının 3 ölkəsinin qərarı Pekinin xoşuna gəlməyəcək. Argentina, Boliviya və Çili bir kartel təşkil etsələr və litiumun qiymətini öz istəklərinə uyğun olaraq təyin etsələr, Çin litium bazarının qiymətində inhisarını davam etdirməkdə çətinlik çəkəcək.