

Cəmiyyəti tədricən rus dilindən uzaqlaşır
Tələb belə olmalıdır: Azərbaycan dilini bilmək məcburidir!
Səs-küylə heç nəyə nail olmaq mümkün deyil
Bakıda gəlirəm, Qazaxda gəleyrəm, qaradənizdə geleyrum və istanbulda gəliyorum ...
Bizim “obrazovannı”lar
... Və ideoloji işbazların dil “sevgi”si haqqında bəzi mülahizələr
Dilinin statusunun artırılması üçün mümkün hüquqi və idarəetmə addımları
Süni vasitələrlə edilən nə varsa, ekspansiyadır
Məqsəd nədir?
Ana dilimiz çətinliyinə görə 3-cü qrupa daxil edilib
Səhərin gözü açılmamış müğənni efirdən muştuluq verir: “Nəbinin bığları eşmə-eşmədir...”
Elə bir realistik ssenari fikirləşmək olarmı ki, “Nəbinin bığları” ilə hansısa mənalı əlaqə qurulsun?
VII və VIII sinif ədəbiyyat dərslikləri hər biri orta hesabla 200 səhifədir, hər dərslikdə orta hesabla cəmi 10 illüstrasiya var.
Heç bir illüstrasiya müasir dövrə aid deyil: qaçaq, aşıq, sultan, xan, “Manqurt” vs. rəsimləridir.
İllüstrasiyalardan məlum olur ki, mətnlər də müasir dövrü əks etdirmir. Ötəri baxanda mətnlərdə arxaizmlər diqqəti cəlb edir, “xan, sultan, aşıq, qaçaq, müdrik” vs.
Şifahi xalq ədəbiyyatından və klassiklərin əsərlərindən o yaşdakı şagirdlərə qətiyyən maraqlı olmayan uzun-uzadı alıntılardır.
Məlum olur ki, niyə ümumilikdə 5 və 6 saat Azərbaycan dili və ədəbiyyat dərsi keçən şagirdlər ana dilində yazıb-oxumağı bacarmırlar.
Ədəbiyyatın təhlil kimi koqnitiv bacarıqları, tənqidi təfəkkürü inkişaf etdirmə funksiyası əvəzsizdir. Ancaq bunun üçün aktual və şagirdə maraqlı, dinamik, sadə, onun həyatı və gələcəyi ilə əlaqədar materiallar olmalıdır.
Bu əlaqə yoxdursa, şagird ana dili ilə dünyayla əlaqə qura bilməz.
Mövzuları kimi, dili də arxaik sayar.
Elmlər Akademiyasının ana dilində elmə maraq oyadan qəzet və jurnalı varmı? İki-üç nəşr ancaq quru sxolastika doldurmaq üçün materiallardır.
Universitet müəllimləri sahələrinə dair maraqlı yazılar yazırlarmı?
Hansısa fırıldaqçı, müasir şeyxnəsrullah, psevdoalim elmi savadın olmadığı cəmiyyətdə zərərli fikirləri yayanda kim onlara etiraz edir? “Sosial məsuliyyət hissi” anlayışından xəbəri olmayan alimlər bir çox hallarda özləri tənqidi təfəkkürlərini, elmi savadlarını göstərmək əvəzinə, psevdoelmi düşüncələri yaymaqla məşğul deyillərmi?
Uşaqlar üçün ana dilində maraqlı animasiyalar varmı? Maraqlı sənədli filmlər dublyaj olunurmu? ETN “Məktəblinin kitabxanası” seriyasından məktəb kitabxanası üçün kitablar nəşr edirmi?
Bunlar yoxdursa, “temcit pilavı” kimi “Azsektor-russektor”, “Dilimizin adı nədir?” kimi faydasız mövzuları 35 ildir təkrarlamağın mənası nədir?
Ölkədə ən çox elmi ad, filologiya sahəsində “alınır”.
Bəs telekanallardan düşməyən əzəmətli filoloqların dilə xidməti nədədir?
Övladı hansı dildə “çörək qazanacaqsa”, o dili ana dili sayan praqmatik vətəndaş ana dilini aktuallaşdırmayacaq.
Bu, rəsmi qurumların, alimlərin və dilçilərin işidir.
Dili aktuallaşdırmaq isə “dijital” sözü yerinə uydurma “rəqəmsal” sözünü yapışdırmaq deyil.
Dil dünyayla mənalı əlaqə qura bilməlidir.
Rəsmi qurumlar, alimlər və dilçilər isə həll etməli olduqları problemləri bizə danışırlar. “Dilimizi inkişaf etdirməliyik!”, ya da “İclas keçirib növbəti iclasın vaxtını müəyyən etdik”. Yaxud, “Ana dili: çağırışlar və perspektivlər” mövzusunda elmi-praktiki, nəzəri-tətbiqi, həmçinin bərbəzəkli-sertifikatlı tədbir keçirməklə dil qorunmaz, inkişaf etməz.
Bu gün müstəqil Azərbaycan 50 milyonluq Azərbaycan dili arealını keyfiyyətli materialla təmin etməliydi. Biz isə, Güney Azərbaycanda baş tutan ana dili flaşmobuna sevinirik. Müstəqil olan, onları dəstəkləməli olan biz deyilikmi?
Bu qədər danışılır, müzakirə olunur, yenə eyni məsələlər gündəmə gəlir, heç bir dəyişiklik də olmur. Onda versiya yaranır ki, bu sadəcə “dostlar alverdə görsün, ciddi məsələlər müzakirə edirik” təəssüratı yaratmaqdan başqa heç nə deyil.