

Cəmiyyəti tədricən rus dilindən uzaqlaşır
Tələb belə olmalıdır: Azərbaycan dilini bilmək məcburidir!
Telekanallardan düşməyən əzəmətli filoloqların dilimizə xidməti nədədir?
Bakıda gəlirəm, Qazaxda gəleyrəm, qaradənizdə geleyrum və istanbulda gəliyorum ...
Bizim “obrazovannı”lar
... Və ideoloji işbazların dil “sevgi”si haqqında bəzi mülahizələr
Dilinin statusunun artırılması üçün mümkün hüquqi və idarəetmə addımları
Süni vasitələrlə edilən nə varsa, ekspansiyadır
Məqsəd nədir?
Ana dilimiz çətinliyinə görə 3-cü qrupa daxil edilib
Dilimizi qorumaq varlığımızı qorumaqdır!
Orta ümumtəhsil məktəblərimizdə rus bölmələrinin bağlanması mövzusu gündəmi zəbt edib. Məncə sual belə qoyulmalıdır. Biz başqa dilsiz ötüşə bilərikmi? İstənilən keçid dövrü dilin böhranı ilə üst-üstə düşür. Və sözə inam itir. Azərbaycan dili Əski Azərbaycan əlifbası, kiril qrafikalı Azərbaycan əlifbası, Latın qrafikalı Azərbaycan əlifbasına qədər yol keçib. Kitabxanalarımızın əsas hissəsini kirildə və rus dilində çap olunan kitablar təşkil edib. İndiki durumda da bütün elm sahələri üzrə dilimizdə çap olunmuş kitablar sarıdan çox geridəyik. Dünya ədəbiyyatı demək olar ki, rus dilindən tərcümə olunub. Məsələn, Ədəbiyyat üzrə Nobel mükafatı seriyasında çap olunmuş kitabların tam əksəriyyəti rus dilindən çevrilib. Hansısa bir ziyalının evində olan kitabların əksəriyyəti rus dilindədirsə onun övladları bu kitab mühitinə düşürlər. Ya rus dilini öyrənməyə çalışırlar ya da rus bölməsini seçirlər. Milli şüurun formalaşmasının məsuliyyəti məktəb və valideynin üzərinə düşməlidir.
Dillərin inkişafının oxşar gedişatı mövcuddur.
Dil, təbii dil, dilçilik təlimi cəmiyyətdə yaranır, yazıçılar tərəfindən müəyyənləşir, təsdiq edilir, əksər hallarda dilçilik institutları tərəfindən tənzimlənir, nizama salınır və yönəldirilir. Cəmiyyət, yazıçılar və dilçilik institutları öz üzərinə düşən vəzifələri heç də hər zaman yerinə yetirmirlər və çox vaxt digər sahələrə də qarışırlar, hər şeyə müdaxilə edirlər. Bu təbəqənin hər üzvü öz vəzifəsini yerinə yetirmək əvəzinə, onlara aid olmayan başqa rolları oynamağı üstün tuturlar. Son həlledici faktor nə cəmiyyət, nə yazıçılar. Nə də dilçilik institutlarıdır. Bu, məhz dövlətdir- öz təsirini göstərən dövlət. Azərbaycanda dövlətin dilimizin inkişafındakı rolu təqdirəlayiqdir. Bunun üçün zəruri qərarlar qəbul olunub. Cəmiyyət, yazıçılar, dilçilər barədə heç kim öz fikrini bildirmək istəmir. Dil isə öz axarı ilə yox, məhz onun üzərində hökmranlıq edən aşkar qüvvələr tərəfindən müəyyən edilmiş yolla irəliləyir. İnsanlar intuitiv və şüuraltı yox, düşünülmüş və şüurlu şəkildə, lakin yanlış zamanlarda və yanlış yollarla özlərindən sözlər icad edirlər. Bəzi yazıçılar da dilin düzgün istifadəsinə vararaq mahiyyətinə tamamilə yad olan formalar işlədirlər. Dilçilik institutları ilə bağlı məsələ isə, iki ox ətrafında fırlanır: onların mühafizəkarlığa meylli olması və buna görə tənqid hədəfinə çevrilmək qorxusu. Dilçilik üzrə alimlərin sayı durmadan artır, tərcüməçi ixtisasını bitirənlər də həmçinin. Akademik camiənin danışığı adi insanların danışıqlarından çox da fərqlənmir. İstənilən tədbirdə hansısa anlayış işlədiləndə hamı bir-birinin üzünə baxır. Çünki sanballı “Xarici terminlər lüğəti” hazırlanmayıb. Və bəzilərinin öydüyü rus dilinin də anlayışları yoxdur. Anlayış latın dilində, yunan dilində və alman dilindədir.
Maraqlı bir dialoqu xatırlayıram. Dahi ispan filosofu Orteqa Qasset böyük Meksika şairi Oktavio Pasın cavan vaxtlarında (sonradan Nobel mükafatına layiq görüldü) ona çox maraqlı tövsiyə verib: “Şeirlərin gözəldir. Lakin daha yaxşı şeir yazmaq üçün ya alman dilini, ya da yunan dilini öyrən. İspan dili düşüncə deyil.” Bəli, bütün dillərin düşüncə funksiyası çox əhəmiyyətlidir.
Amerika Təhsil komitəsi təsdqiləyir ki, əksəriyyət insanların işgüzar korrespondensiyası zamanı 1500 dən artıq söz işlədilmiir. Britaniyalılar isə daha da irəli gedərək “ingilis dilinin baza sözlüyü”nü yaratdılar. Leksikondan lazım olmayan sözləri çıxarıb 800-ə çatdırdılar. Söz artıq estetik dəyər daşıyıcısı deyil və onun əsas təyinatı informasiya verməkdir.
Fransız yazıçısı Corc Simenonun maraqlı fikri var: “Mən romanlarımda 2000-dən artıq söz işlətmirəm. Ancaq çox da işlədə bilərəm. Nəyə görə? Fransız kəndlisi digər kəndli ilə ünsiyyətdə orta hesabla 600 söz işlədir. Kiçik şəhərlərdə qulluqçu və sənətkarlar isə 800-1200 söz işlədirlər. Kiçik burjuanın isə ehtiyat lüğətində 1500 söz olur. Yalnız müəyyən mədəniyyət daşıyıcısı olan insanların ehtiyat lüğətini 2000-2500 söz təşkil edir”.
Simenona istinad etsək bizim mədəniyyət daşıyıcılarımızın ehtiyat lüğətində neçə sözün olmasını deyə bilərikmi?
Tərcümə institutu ayaqlaşa bilsə, normal dərsliklər yazılsa, sanballı xarici terminlər lüğəti tərtib olunsa, dilçiliklə məşğul olan institut və kafedralar üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirsə Rus dilinə ehtiyac olmaz! Açıq danışmaq lazımdır. Valideynlərin rus bölməsinə üstünlük vermələrinin bir səbəbi də müəllimlərin mütaliə fərqi və repetitorluğa münasibətləri ilə bağlıdır. Azərbaycan dilinin düşüncə dili kimi formalaşması üçün zamana ehtiyac var.
Və günümüzdə lazımsız dialoqlara da ehtiyac yoxdur. Səs-küylə heç nəyə nail olmaq mümkün deyil.