vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
09:11 | 23 fevral 2025 | Bazar Məqaləyə 316 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hə…Hə… qofta, qofta

Bizim “obrazovannı”lar

“Molla Nəsrəddin” jurnalı. 14 aprel, 1906

MÖVZU İLƏ ƏLAQƏLİ

Mənim bir rəfiqim var , özü də müsəlmandır, amma məni görəndə rus dilindən savayı özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur.

Mən onu görəndə deyirəm:

– Hardan gəlirsən?

O mənə belə cavab verir:

– Ya xodil na poçtu

Deyirəm:

– Dünən bizə niyə gəlmədin?

Cavab verir:

– Knam prişli qosti.

Deyirəm:

– Qonaqlar gedəndən sonra gələydin.

Cavab verir:

– Net, uje bılo pozdno.

Deyirəm:

– Söz veririsən ki, sabah gələsən, bir az söhbət edək?

Cavab verir:

– Postarayus no slovo ne dayu.

Deyirəm:

– Xudahafiz!

Cavab verir:

– Do svidaniya!

Amma dostumun bir şeydən xəbəri yoxdur: xəbəri yoxdur ki, mən də rusca bir az danışa bilirəm !…..

Axırı bir gün dostumdan soruşdum:

– Mən ölüm, mənə sözün doğrusunu de görüm , sən ki otuz səkkiz il müsəlman içərisində tərbiyə tapıbsan, xəta olmadı ki, bir az rusca oxudun? nə səbəbə sən mənimlə heç müsəlmanca danışmaq istəmirsən?

Yoldaşım mənə rus dilində belə cavab verdi:

– Sluşay, kak-to stıdno, koqda obrozovannıy çelovek po-tatarski qovorit. (yəni obrozovannının müsəlmanca danışmağı eyibdir)

– Çox sağ ol, rəfiqim, mən bunu bilmirdim.

Deyirlər ki, həmin rəfiqim rus şkolunda oxuyan vaxt bir gün anasına deyib:

– Ana pojalusta mənə bir şey svarit elə! (yəni bişir)

Anası cavab verir:

– Bala nə dedin?

Rəfiqim cavab verib:

– Ox, ox ! Siz heç bir zad qanmırsınız! Mən deyirəm bir zad bişir.

– Bala nə bişirim?

– Çort yeqo znaet! Yadımdan çıxıb… Yumru olur, əti döyüb salırlar çölməyə, ya qazana… Bir cür adı var…

– Bala köftə deyirsən?

– Hə…Hə… qofta, qofta.