vaxtlı-vaxtında oxuyun! Şənbə, 9 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
00:57 | 31 may 2022 | Çərşənbə axşamı Məqaləyə 716 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyada təmiz dil qalıbmı?

İnsanlarımız təfəkkürlərində bizim ölkənin dünyadakı yerinə bir göz atsınlar

Elmir MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən İTV-də meyxana barədə müzakirəni paylaşdılar, orada dil mövzunda fikirlər maraqlı gəldi, bütün verilişi dinlədim. Mübahisələndirilən məsələlərdən ən yersizi isə dilimizdə “ərəb-fars sözlərinin çox olması” məsələsidir ki, azından 30 ildir, müstəqillik çağlarından söhbəti gedir.

Bu məsələnin ümumiyyətlə müzakirəsinin çoxdan bitdiyini düşünürdüm. Doğrusu, yenə davam etdiyini görüb çox təəccübləndim. Dünyada elə bir dil varmı ki, “təmiz” qalıb? Avropa dillərinin istisnasız hamısında qədim yunan-latından götürülmüş sözlər bəlkə 40-50 faiz təşkil edir. Hazırda beynəlxalq kommunikasiya dili olan ingilis ümumiyyətlə “miks” bir dildir, ruscada bunun üstünə sonsuz türkizmlər də əlavə etmək gərəkdir. 

Alman dilində elə köklü, “pasport almış” sözlər var ki, xüsusi maraqlanmasan heç ağlına da gəlməz ki, bu sözün kökü latın dilindəndir. Məsələn, “der Kohl”, yaxud “der Sack”, hətta “das Fenster” kimi çox sadə sözlər də latın mənşəlidir. 

Belə olan tərzdə anlamıram ki, təbii tarixi şərtlərlə formalaşmış dilimizdə “ərəb-fars kəlmələrinin olması” nədən irad kimi səslənməlidir? Bu sözlər bizim dilə çoxdan oturuşub, “pasport” da alıb, təbii ki, hər bir dil zamanla və siyasi proseslər axarında dəyişir. Adicə klassiklərimizin əsərlərinə baxsanız, görərsiniz ki, cəmi 100 il öncəki dil tamam başqa olub. 

Ümumiyyətlə yaxşı olar ki, insanlarımız təfəkkürlərində bizim ölkənin dünyadakı yerinə bir göz atsınlar. Azərbaycan 200 il öncə süni surətdə ayrıldığı Yaxın Şərq coğrafiyasında artıq yenidən öz rolunu almağa başlayır. Biz artıq şimal metropoliyasında çağırıldığı kimi mənasız “Zaqafqaziya” regionu ölkəsi deyilik. Mənsub olduğumuz coğrafiyanın təbii hissəsiyik və sekulyat mədəniyyətimiz burada çox vacib rol oynaya bilər. 

P.S.: Almaniyada yaşayanlar bizim dilin üstünlüklərini gözəl bilir. Tərcüməçi işləyənlər bura gəlmiş ərəb insanlarla ümumi sözlər vasitəsilə çox rahat dil tapa bilirdi.