

Yeni qərar quruma və onun rəhbərliyinə olan etimadı artıracaq
Fərəcullayev kimdir, ona münasibət necə olmalıdır?
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
Mikrouğurlar eyforiya yaratmamalıdır
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
“Biri vardı, bir yoxdu”suz başlayan ...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
Əvvəlki AFFA rəhbərliyi o qədər ədalətsiz qərarlar qəbul edib, yanlış mövqe nümayiş etdirib ki, indikilər nəyisə düz edəndə də eyni cür davranırıq. Yeri gəldi-gəlmədi döşəyirik sözdən-cümlədən, yüksək səslə danışırıq. Ancaq hündürdən danışmaq düzünü danışmaq demək deyil. Düzü elə sakit də demək olar.
Bu gün baş verən “bəyanat növbələşməsi” xoş olmadı. Startı tovuzluların verməsi də məni çox üzdü. “Şamaxı”dan çəkinəcək qədər hazırlıqsız olmaq, hər mövzunu hakimlik söhbətinə gətirmək, üstünə də yayım və VAR söhbətini əlavə etmək lazım deyildi. Əsasnamə var, ona uyğun da davranış nümayiş etdirildi, stadion da, meydança da hazırlandı, oyun da oynandı. Ortada ciddi əmək var, ən azından onu nəzərə almaq gərəkdir. İndi nəyə lazım idi bu olanlar? Nə xeyri oldu?
Azərbaycan futbolunun əsas problemi hakimlik deyil. Hə, belə bir problem var, ancaq həlledici deyil. Hakimlərimizin səviyyəsi bu qədərdir, ona uyğun da hakimlik edirlər. Səhvləri “N” qədərdir, bundan sonra da olacaq. Olacaq, biz də yazacağıq, gündəmə gətirəcəyik, həmişə olduğu kimi. Amma bunu bu böyüklükdə qloballaşdırmağa əsas yoxdur.
Ən çox xeyrinə qərar verildiyi deyilən klub “Sabah”dır, mübahisəyə girsəm, bu mövsüm onların əleyhinə verilən və lehinə verilməyən azı 10 epizod paylaşaram. Sadəcə məlumat üçün yazdım.
AFFA-nın bəyanatı da sərt idi. Məncə, daha yumşaq davranmaq olardı. Ancaq olan-olub artıq. Ortada bir mövqe var, onu nəzərə almalıyıq. Elə ancaq “AFFA səhvdir”, “AFFA qərəzlidir”, “futbolu məhv etmək istəyirlər” demək də səhvdir, elə qərəzdir. Köhnələr yeməyimizə o qədər zəhər qatıblar ki, təzələr qənd də versə, dadı başqa olduğuna görə özümüzü narahat hiss edəcəyik.
Hər şey qarışıqdır.
Bircə onu bilirəm ki, dalaşmaq yox, barışmaq üçün yollar axtarmaq lazımdı.