

İndi Avropa bizi yox, onu alqışlayır
... Yaxud hər zarafatdakı həqiqət payı
“Qarabağ” autsayderin qapısına 70 dəqiqə yol tapmadı
Çox danışmışıq, demişik, milyon dəfə təkrarlamışıq, amma ...
AFFA-nın yarıtmaz olması “Qarabağ”ın özünü ən komfortda hiss etdiyi konfiqurasiyadır
Gücləri yetərincədir, civə kimidirlər
Bu parlaq qələbəni azərbaycanlı qazandı…
Ağdamlılar “Sabah”da xal itirdi
Ağdamlılar qış transferində transfer edəcəkmi?
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Ağdamlılara qələbə lazımdır
Qurban Qurbanov: “Son oyunun mahiyyətini bilirik”
... Yaxud uğuru münasibətlərinə QURBAN edənlər
“Qarabağ” heç-heçəsi nə qədər xal qazandırıb?
“Bircə ona pis oluram ki, “Qarabağ” “Olimpiakos”a az qol vurdu”
... Yaxud “Qarabağ”ın Troya atı
Premyer Liqada 24-cü tur çətinliklə də olsa, arxada qaldı.
Bilirdik, bir daha əmin olduq ki, futbol kişi oyunudur və biz hamımız onun üçün çətinliklərə dözməyə hazırıq. Soyuq, şaxta maneə ola bilməz, olmadı da. Camaatın küçəyə çıxmağı ağlının ucundan belə keçirmədiyi vaxtda Şamaxıda da matç oynandı, Bakıda da, qəsəbələri Mərdəkan və Zirədə də. Futbol qurumlarımız da, klublar da, digər əlaqəli şəxs və təşkilatlar da böyük əmək sərf edərək yarışın davam etməsini təmin etdilər. Sağ olsunlar!
Soyuğun bir müsbət cəhəti oldu ki, oyunun sürəti ölmədi. Hava çox şaxtalı olduğundan futbolçular yerə yıxılan kimi ayağa durur, vaxt aparmırdılar. Az qollu, amma hərəkətli matçlar izlədik.
Oyunların özünə gəlincə, açılış matçında “Neftçi” və “Sumqayıt” üz-üzə gəldi. Meydan sahibləri qalib gəlsələr də, qonaqların yaxşı futbol oynadığını deyə bilərəm. Vaqif Cavadov komandasını relsə qoymaq istəyir, ancaq diqqəti başqa işlərdə olduğundan ortada nəticə yoxdur. Əvvəl sevməyənlərin duası günahkar idisə, bu dəfə hakimləri hədəf göstərdi. Üstəlik, öz işini jurnalistlərin üzərinə qoymağa da çalışdı. Gənc mütəxəssis belə şeylərin bir kənara qoyub işinə köklənsə, hər şey yaxşı olacaq. Samir Abasov da olduğu kimi. Sakitcə xal və xallar qazanır, “ağ-qaralar”ı toparlayıb, oyunlarını müəyyən qaydaya salıb. Hazırda lazım olan məhz budu.
“Qarabağ” yenə xal itirdi. Ağdamlılar ilk yarıda əldə etdikləri üstünlüyü qoruya bilmədilər, şansları boşa verdilər. Rəqib Berezutskinin komandası isə bu baxımdan daha dəqiq oldu. Vasili müəllimin güclü rəqiblərlə işi daha yaxşı alınır, bunu problem kimi qəbul etmək olar. “Sabah”ın bütün matçlarda nəticə qazanması lazımdır, çünki tək kuboka güvənib avrokubok hədəfinə çatmaq olmaz.
“Turan”ın qələbəsi gözlənilən idi. Çox yaxşı oynamadılar, amma hazırda bu heç bir əhəmiyyət daşımır. Liderlər qrupunda qalmaq üçün belə matçları “tum kimi çırtlamaq” gərəkdir.
“Araz”ın enişi məni təəccübləndirir. Yaxşı komandadır, yaxşı heyətə malikdilər, ancaq qışdan sonra özlərinə gələ bilmirlər. Bu durumun çox davam etməməsi lazımdır. Çünki komandanın potensialı bundan yaxşısına imkan verir.
Turun fərqlənəni isə “Zirə”dir. Komanda yüksəlişini sabitliklə davam etdirir. Rəşad Sadıqov ötənmövsümkü performansın təsadüf olmadığını və təkrarlamağa hazır olduğunu göstərir. Mütəxəssis əla bir komanda formalaşdırıb, hədəfə doğru irəliləyir.