

“Onlayn Azərbaycan” layihəsinin yekunu haqqında
Nə şirkət, nə departament, nə də RİNN açıqlama vermir
Rəqəmsal tələbə kartlarından istifadə layihəsinə start verilir
Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik
Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
“Podval əməliyyatı”ndan sonra abırla getmək lazım idi
Son iki ildə inhisarçılıq aradan qaldırılıb
“Onlayn Azərbaycan” layihəsindən nə xəbər var?
RİNN-in saytındakı məlumatlar yoxa çıxıb
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
Ötürücü stansiya üçün icazə alınmalı və şərait yaradılmalıdır
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
10 maddədən ibarət ola biləcək qanun layihəsi hazırlanır
Elektron hökumət portalından görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) uzun müddət problemli olan bu vəziyyəti düzəltmək istəyir.
Baxıram ki, e-GOV Portalının operatoru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Portalda yeni bir “E-iştirakçılıq” bölməsi də yaradıb.
Görünür ki, hökumət beynəlxalq hesabatlarda Azərbaycanın xeyli zəif göstəricilər əldə etdiyini nəzərə “E-iştirakçılıq”da vətəndaşların aktivliyini yüksəltmək istəyir.
Portalda vətəndaş rəylərinin toplanması üçün də müraciət edilib.
Bütün bunlar isə indiyədək bu sahədə olan bərbad vəziyyətin aradan qaldırılması baxımından təqdirəlayiq addımlardır.
Xatırladıram ki, BMT iki ildə bir dəfə elektron hökumətin inkişafı indeksini açıqlayır.
“E-iştirakçılıq” da bu indeksin “Elektron xidmətlər” alt çoxluqlarından birisidir.
“E-iştirakçılıq” dedikdə əsasən, vətəndaşların dövlət idarəetməsində, qərarların qəbul edilməsində iştirakı, e-xidmətlər üçün vətəndaş rəylərinin və təkliflərinin öyrənilməsi, elektron məsləhətləşmə və e-iştirak üçün effektiv mexanizmlərin yaradılması, açıq məlumat bazalarına əlçatanlıq, ictimai iştirakçılıq, ictimai nəzarət proseslərində effektiv iştirak imkanları və s. nəzərdə tutulur.
Azərbaycan hər il məhz bu “E-iştirakçılıq” alt indekslərinin vəziyyəti baxımından mövqelərini xeyli itirib.
“E-iştirakçılıq” üzrə hətta elə bəndlər var ki, onların qiymətləndirilməsində Azərbaycan “0” bal alıb
Son 10 ildə Azərbaycanın təxminən 190 ölkə arasındakı “E-iştirakçılıq” indeksi üzrə dinamikasını təqdim edirəm:
2024-cü il – 88-ci yer
2022-ci il – 98-ci yer
2020-ci il – 73-cü yer
2018-ci il – 79-cu yer
2016-cı il – 47-ci yer
2014-cü il – 77-ci yer
RİNN son iki ildə bütövlükdə elektron hökumət quruculuğundakı vəziyyəti 9 pillə, E-iştirakçılıqdakı vəziyyəti isə 10 pillə müsbətə doğru dəyişə bilib.
Lakin statistikadan görünür “E-iştirakçılıq” hələ də “ən zəif bənd” olaraq qalır.
Vətəndaşların elektron iştirakçılığı 5 il öncəki vəziyyətdən 12 pillə, 2016-cı ildəki vəziyyətdən isə 41 pillə geridir.
Xatırladıram ki, bu sahədə vəziyyətin düzəldilməsinə yönəlik daha bir addım ötən ilin sonu atılıb.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının nəzdində yeni bir işçi qrupu – “Rəqəmsal Hökumətin İnkişafı” İşçi Qrupu yaradılıb. Ötən ilin sonu qrupun ilk iclası da keçirilib, “ Elektron Hökumətin İnkişafı İndeksi” reytinqinin gələcəkdə yaxşılaşdırılması əsas müzakirə predmeti olub.
Doğrudur, vətəndaşlara yönəlik bir qrupa vətəndaş cəmiyyətindən hələlik heç bir nümayəndə daxil etməsələr də ümumilikdə belə bir istiqamət üzrə işçi qrup forçmalaşdırmaq faydalı bir təşəbbüs olaraq dəyərləndirilə bilər.
Düşünürəm ki, E-iştirakçılıqda vəziyyəti düzəltmək bir Nazirliyin, bir qurumun işi olmamalıdır, bütün maraqlı tərəflər səfərbər olmalıdır. Bununla bağlı ayrıca hüquqi -normativ aktların qəbulu da faydalı olardı.
myGov-da və digər rəqəmsal hökumət həllərində belə imkanlar nəzərdə tutulmalıdır.
Bəzən müşahidələr göstərir ki, hansısa bir fəaliyyətlə bağlı dövlət informasiya resursu formalaşdırılarkən vətəndaşların iştirakı, ictimai nəzarət imkanları nəzərdə tutulmur.
Dövlət idarəetməsinin və qərarlar qəbul edilməsinin bütün sahələrində vətəndaşların iştirakı, rəy və təkliflər bildirməsi nəzərə alınmalıdır və bunun üçün rəqəmsal imkanlar yaradılmalıdır.
İstənilən bir hökumət məlumat bazası formalaşdırılarkən vətəndaşların və biznesin ona əlçatanlığı təmin edilməlidir.
RİNN tərəfindən “E-iştirakçılıq”la bağlı atılan addımlar faydalıdır və ümid edirəm bu sahədə vətəndaşların rəqəmsal imkanları daha da genişləndiriləcək.