
29 yaşında prezidentlik yolunda
Le Penin varisi seçkilərdə qalib gəlsə, Avropanın ən gənc dövlət başçısı olacaq
Le Penin varisi seçkilərdə qalib gəlsə, Avropanın ən gənc dövlət başçısı olacaq
Ordusu olmayan NATO ölkəsi narahat olmağa başlayır
Təkanlar 4.9 bal gücündə 11 km dərinlikdə olub
Erməni pulu ilə düşmənçilik edənlərlə bəzi müxaliflərin leksikonu eynidir
Böyükşəhər Bələdiyyəsini əhatə edən cinayətlər çərçivəsində həbslərin ikinci dalğası
İnsanlar gecəni küçələrdə keçirdilər
Brüsseldəkilər Azərbaycanın ərazi bütövlüyünün bərpasını niyə həzm edə bilmirlər?
Kütahyada bir-birinin ardınca qorxunc zəlzələlər baş verib
Apreldə 30 dərəcə olan temperatur, avqustda neçə olacaq?
AFAD-dan İstanbul zəlzələsi ilə bağlı son dəqiqə açıqlaması
İstanbulda bir dükan sahibinin hərəkətləri sosial mediada trend olub
Zəlzələyə baxmayaraq istehsal davam edib
Afterşoklar və sunamilərin yaranma səsəbləri
Maraş zəlzələsini proqnozlaşdıran Frank Huqerbitsdən yeni açıqlama
Rəqəmlər və faktlar fonunda ...
İstanbulda baş verən zəlzələnin ilk texniki analizi nəşr olundu
Yunanıstanın “Kathimerini” qəzeti ABŞ-ın Avropadakı hərbi varlığını azaltmaq niyyətinin və beynəlxalq şərtlərin Türkiyəyə Avropanın təhlükəsizliyində rol oynamaq üçün mühüm fürsət yaratdığını yazıb.
“Kathimerini” qəzetində dərc olunan, Stavros Yannidisin qələmə aldığı yazıda, Fransa, Almaniya, İngiltərə və digər Avropa Birliyi (AB) ölkələrinin 2020-ci illərin əvvəllərində Avropanın təhlükəsizlik arxitekturası üçün Türkiyə ilə bir masa arxasında oturması mümkün olmasa da, Ankaranın hazırda Avropanın müdafiə muxtariyyətinin potensial təminatçısı kimi ortaya çıxdığı bildirilib.
Müəllif qeyd edir ki, "Zaman və beynəlxalq şərtlər dəyişib. Çünki ABŞ-ın köhnə qitədəki (Avropa) hərbi kontingentini azaltmaq niyyətini bəyan etməsi Türkiyə üçün birinci dərəcəli fürsət yaradır. Onun təkcə Avropanın sahələrinə qayıtması üçün deyil, həm də NATO və Avropada aparıcı rol oynaması üçün birinci dərəcəli fürsət yaranır”.
Yunanıstanın müdafiə sənayesinin beynəlxalq inkişafın tələb etdiyi tempə uyğunlaşa bilmədiyinə diqqət çəkən məqalədə, “Qoca qitə müdafiə baxımından ayaq üstə durmaqda çətinlik çəkərkən, prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan vasitəsilə Avropanı iqtisadiyyat, müdafiə və siyasətdəki çıxılmaz vəziyyətdən ancaq Türkiyə xilas edə bilər”.
Yazıda İtaliyanın “Piaggio Aerospace” şirkətinin “Baykar” tərəfindən alınması və müdafiə sənayesindəki “Bayraktar TB2”, “Bayraktar AKINCI”, “Bayraktar KIZILELMA” kimi uğurlara dair nümunələr verilərək, bütün bunların Türkiyə müdafiə sənayesinin sürətlə silah bazarında nəhəngə çevrildiyini göstərdiyi bildirilib.