Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
13:29 | 28 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 115 dəfə baxılıb
Şriftin ölçüsü
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
Almanların sevimli maşını müəyyənləşib
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
“Pom-Bär” məhsulları geri çağırılıb
Almaniyanın Lüneburq şəhərində saxta şirkət qurmaq və oğurlanmış “BMW” hissələrini satmaqda təqsirli bilinən iki şübhəlinin mühakimə olunduğu məhkəmə prosesinin təfərrüatları məlum olub.
Lüneburq Əyalət Məhkəməsində oğurlanmış “BMW”ləri sökərək satdığı iddia edilən iki müttəhim Andrey H. və Aleksandr B. ağır ittihamlarla hakim qarşısına çıxıb. İkili külli miqdarda avtomobil oğurluğu və qanunsuz ehtiyat hissələrinin ticarətində ittiham olunurlar.
İttiham tərəfi iddia edib ki, təqsirləndirilən şəxslər “M3 Imperia GmbH” adlı saxta şirkət qurub, 61 ədəd oğurlanmış BMW-ni öz sexlərində sökərək bu hissələri “eBay”da satışa çıxarıblar. Oğurlanan avtomobillərin ümumi bazar dəyərinin təxminən 1,89 milyon avro olduğu paylaşılıb.
***
2017 və 2021-ci illər arasında, əsasən, “BMW 5” seriyalı avtomobillər Hamburqda və İterzen, Arensburq və Qesthaxt kimi ətraf şəhərlərdə hədəfə alınıb. Oğrular siqnal gücləndirici qurğularla “Keyless-Go” sistemlərinə müdaxilə edərək avtomobillərə zərər oğurlayıblar. Cinayətkarlar uzun müddət gizlənə bilsə də, eBay-də oğurlanmış hissələrin müəyyən edilməsi ilə ələ keçiblər.
***
İlk məhkəmə iclasında təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamlarla bağlı susmağa üstünlük veriblər. Lakin müdafiəçilər məhkəmədə sövdələşməyə açıq olduqlarını bildiriblər. Təqsirləndirilən şəxslər təqsirlərini etiraf etsələr, onlara daha yüngül cəza verilə və ya cəzaları təxirə salına bilər. Şübhəlilərin qazandıqları pulları necə xərclədiyi hələ də qaranlıq qalır. “M3 Imperia GmbH” adlı saxta şirkətin artıq fəaliyyət göstərmədiyi bildirilir. Məhkəmə prosesi davam edir.