Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
11:41 | 28 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 193 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Papa Fransisin Vatikanda təşkil edilən dəfn mərasiminə qatılan ABŞ prezidenti Donald Tramp iki hərəkəti ilə günə damğasını vurub.
Aprelin 21-də vəfat edən Papa Fransisk üçün Vatikanın Müqəddəs Pyotr meydanında möhtəşəm dəfn mərasimi keçirilib. Minlərlə insanın iştirak etdiyi mərasimdə 6 kilometrlik kortej qurulduqdan sonra dəfn mərasimi Böyük Müqəddəs Məryəm Bazilikasına aparılıb.
***
Mərasimə həyat yoldaşı Melani Trampla qatılan ABŞ prezidenti Donald Tramp digər liderlərdən fərqli olaraq qara əvəzinə mavi kostyum geyinməsilə diqqət çəkib. Bütün dünya liderləri matəmin ənənəvi rəngi olan qara rəngə üstünlük verdikləri halda, Trampın bu seçimi sosial mediada etirazla qarşılanıb və onun “ilk kobud yanlış” kimi şərh olunub.
***
Mərasim sahəsi dörd hissəyə bölünürdü – hörmətli şəxslər, kardinallar, ruhanilər və ictimaiyyət. Tramp mötəbər şəxslərin qarşısında tək dayanaraq bir daha diqqət çəkdi, lakin bu hərəkəti ən çox əks-səda doğurmadı. Həm Tramp, həm də həyat yoldaşı Melaniyanın Papanın tabutunun qoyulduğu xalçanın üzərinə çıxması günün “ikinci yanlış” hesab olunub.
Trampın mərasimdəki davranışı həm protokola, həm də ənənəyə zidd olduğu üçün bütün dünyada ciddi şəkildə tənqid olunub. Digər liderlər xalçanın kənarından təxminən bir metr aralıda dayanarkən Trampların birbaşa xalçanın üzərinə çıxması hörmətsizlik kimi şərh edilib. “Niyə hamı kənarda dayandığı halda Tramp tabut xalçasına ayaq basdı”, – bir istifadəçi sosial şəbəkədə sual verib. Digəri istifadəçi, “O, təkəbbürlü adamdır, özünü kim hesab edir?”, – yazıb.
***
Trampın mavi kostyumu sosial mediada da tənqid hədəfi olub. İstifadəçilərdən biri “Papanın dəfnində mavi kostyum geyilir? Necə də hörmətsizlikdir”, – deyərkən, digəri “Başını əyməyə belə zəhmət çəkməyib”, – deyərək etirazını bildirib.