Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
08:07 | 28 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 195 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin ona mane olduğunu iddia edib. Tramp “Truth Social” platformasındakı paylaşımında, "Putinin mülki əhalinin yaşadığı şəhər və qəsəbələrə son raket hücumlarının heç bir əsası yoxdur. Bu, onun müharibəni bitirmək istəmədiyini göstərir. Ola bilsin ki, onun qarşısı bankçılıq və ya ikinci dərəcəli sanksiyalar kimi başqa üsullarla alınmalıdır. Çox sayda insan həyatını itirir”, – yazıb.
Dünən Papa Fransisin dəfn mərasimi üçün Vatikandakı Müqəddəs Pyotr Bazilikasında bir araya gələn Tramp və Ukrayna prezidenti Vladimir Zelenski səmimi görüş keçirərkən mətbuatda görüntülənib.
Dünyanın Zelenski görüşü “tarixi an” kimi qiymətləndirdiyi qarşılaşmada iki lider Ağ Evdəki mübahisəli danışıqlardan sonra ilk dəfə Vatikanda görüşüblər.
Bu arada ABŞ-ın xüsusi nümayəndəsi Steve Vitkoff aprelin 25-də Moskvada Putinlə görüşündə tərəflərin razılığa çox yaxın olduğunu bildirmişdi. Lakin Moskva son aylarda Ukraynaya hücumlarını gücləndirib. Aprelin 24-də Kiyevdə baş verən hücumda ən azı 12 nəfər həlak olub.
Rusiya 2022-ci ilin fevral ayından bəri davam edən müharibədə Ukraynanın Luqansk, Donetsk, Zaporojya və Xerson bölgələrinə nəzarəti ələ keçirib. Tramp bir müddət əvvəl 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krımın Rusiyaya aid olduğunu iddia edərək Zelenski tərəfindən sərt şəkildə tənqid edilib. Zelenski bunun Ukrayna konstitusiyasına zidd olduğunu vurğulayıb və ölkəsinin heç bir ərazisindən imtina etməyəcəyini bildirib.