vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 28 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
“Batutu boşalda bilmədik” 15:26 | 28 aprel 2025 | Bazar ertəsi Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Batutu boşalda bilmədik”

Böyükşor bulvarında uçan attraksionun sahibi danışdı

Oxu.az

Ötən gün Bakının Böyükşor bulvarında təhlükəli hadisə baş verib. Güclü külək hava ilə doldurulmuş uşaq attraksionunu yerindən qoparıb yola atıb.

Oxu.Az hadisənin səbəbini və təfərrüatını araşdırıb.

Böyükşor bulvarındakı attraksionun sahibi Mehman İsmayılov açıqlamasında vurğulayıb ki, hadisə zamanı ərazidə heç bir uşaq olmayıb və xoşbəxtlikdən xəsarət qeydə alınmayıb.

“Bəli, belə bir hadisə baş verib. Xəsarət alan olmayıb. Külək qəfil sürətləndiyi üçün batutun boşaldılmasına vaxt çatmadı. Çünki batutun boşalması üçün ən azı yarım saat vaxt tələb olunur.

Təbii ki, təhlükəsizlik üçün batut bir neçə hissədən yerə bərkidilib. Lakin külək qəfil gücləndiyi üçün bağları qoparıb və nəticədə belə bir hal yaşanıb. Bu, fövqəladə hal idi”, – deyə M.İsmayılov bildirib.