Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
10:59 | 22 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 410 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransanın Qard bölgəsindəki Verjez qəsəbəsində istehsal olunan “Perrier” markalı mineral sularda insan və heyvan ifrazatında olan “Enterobacteriaceae” bakteriyası aşkar edilib. “Nestle” heç bir təhlükə olmadığını iddia etsə də, mütəxəssislər bəzi bakteriyaların, xüsusən də immuniteti zəif olan insanlarda ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər.
Fransa bazarlarında satılan “Perrier” markalı mineral suda ciddi sağlamlıq problemləri yarada biləcək Enterobakteriyalar (Enterobacteriaceae) izləri aşkarlanıb. Sözügedən şüşələr Qard bölgəsindəki Verjez fabrikində istehsal edilib. “ARS Occitanie” tərəfindən hazırlanan hesabata görə, 0.75 litrlik şüşələrdə aşkar edilən bakteriyalar suyun ifrazatla çirklənmiş ola biləcəyini göstərir.
Enterobakteriyalar nədir və niyə təhlükəlidir?
Enterobakteriyalar təbii olaraq insanların və heyvanların bağırsaq traktında olan bakteriyalardır. Lakin bəzi növlər – xüsusilə E. coli, Salmonella, Şiqella və Klebsiella – ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu bakteriyalar;
Sidik yollarının infeksiyaları,
Qan zəhərlənməsi (sepsis),
Şiddətli ishal və mədə-bağırsaq infeksiyaları kimi xəstəliklərə səbəb ola bilər.
Ən təhlükəli növlərdən biri olan Şiqa toksini yaradan E. coli (STEC) qanlı ishal və böyrək çatışmazlığı ilə nəticələnə bilən sindromlara səbəb ola bilər.
***
“Perrier” brendinin sahibi olan “Nestle”, verdiyi açıqlamada məhsullarının sağlamlıq üçün təhlükə yaratmadığını bildirib. Lakin ekspertlər bu məsələdə daha diqqətli olmaq lazım olduğu qənaətindədirlər. Fransa Qida Təhlükəsizliyi Agentliyi (Anses) daha əvvəl belə bakteriyaların ətraf mühitə, torpaqda və kənd təsərrüfatı məhsullarında getdikcə daha çox yayıldığını bildirən hesabat dərc etmişdi.
Xüsusilə xəstəxanalarda antibiotiklərə qarşı müqavimət inkişaf etdirmiş enterobakteriyalar (ERC) növləri immun sistemi zəifləmiş xəstələr üçün böyük təhlükə yaradır.
Hadisədən sonra böyük ictimai narahatlıq yaranıb və “Perrier” məhsullarının rəflərdən çıxarılıb-çıxarılmayacağı maraq doğurur. Mütəxəssislər vurğulayırlar ki, istehlakçılar qablaşdırılmış su alarkən istehsal sahələrinə və son istifadə müddətlərinə diqqət yetirməlidirlər.