
İran Avropanı hədələdi
Tehran nüvə sazişindən çıxmağa hazırlaşır
Tehran nüvə sazişindən çıxmağa hazırlaşır
“MOSSAD”, taktik səssizlik və partlayan dövlətyönümlü çaşqınlıq
Pezeşkian: “Tehranda su yoxdur, ...”
Kiyev-Tel-Əviv oxu: İran əleyhinə “strateji dialoq” başlayır
Hədəfdə strateji infrastruktur və sabitlik var
ABŞ–İsrail hücumlarından sonra İranda yeni bir millətçilik doğulur
Trampdan xəbərdarlıq: “Zərurət olarsa, İran yenidən vurulacaq”
Şeytanın belə öz ağlına gəlməyən çirkin düşüncənin arxasındakı fəlakət
Tehran Vaşinqtonu uranın zənginləşdirmə səviyyəsini artırmaqla hədələyir
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
Kim kiminlədir və Azərbaycan haradadır?
İran prezidenti ali dini lideri devirmək cəhdində günahlandırılır
Yaxud dövrü keçmiş diplomatın həyasız tövrü
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
İraqdakı PUA hücum ilə körfəzdəki qaçaqmalçılıq arasında bağlantı varmı?
Onda Əfqanıstanın 4, Meksikanın 6, Perunun 7 min illik dövlətçilik ənənəsi var
“Bəndər Abbas” İranın Fars körfəzindəki ən mühüm limanlarından biridir. Ticarət, neft və hərbi fəaliyyətin mərkəzində olub, “Husilər”, “Haşd əş-Şabiyə” və “Hizbullah” terror təşkilatlarına gedən silahlar buradan edilib.
İran-ABŞ nüvə danışıqlarının üçüncü raundu ilə eyni gündə limanda baş verən güclü partlayış nəticəsində çıxan narıncı alovdan yanacaq çəninin yandığı məlum olub.
Normalda İran təxribatdan şübhələnəndə bunu ya açıq bildirir, ya da eyham vururdu. Fars-molla rejimi Natanz nüvə obyektində partlayış zamanı bunu açıq şəkildə etmişdi.
Rəsmi açıqlamalarda bu məsələnin araşdırıldığı və ilkin tapıntıların “kimyəvi anbarda yanğın” baş verdiyi bildirilir. Hadisə ya həqiqətən qəza olub, ya bunun təəssüratı yaradılır, ya da hələlik dəqiq sübutlar olmadığından kəşfiyyat bölmələri ehtiyatlı davranırlar.
Amma bir şey dəqiqdir – partlayış birbaşa İranın iqtisadiyyatına və təhlükəsizlik imicinə ziyan vurdu. “Ölkə öz daxili təhlükəsizliyini təmin edə bilməz” fikrini yaratdı.
İsrailin tez bir zamanda “bizimlə əlaqəsi yoxdur” bəyanatı verməsi diqqət çəkib. Çünki belə hadisələrdə (məsələn, HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsi) İsrail əvvəlcə susur, veriləcək cavaba uyğun mövqe tutur və sonradan açıqlama verir.
Təxribat fərziyyəsinə baxsaq, buna cəhd edəcək tərəf bir neçə keyfiyyətə malik olmalıdır:
Yüksək kəşfiyyat və əməliyyat qabiliyyəti.
Diplomatik və hərbi riskləri götürmək üçün cəsarət.
Əvvəla, məlumdur ki, İsrail İranla birbaşa müharibə istəmir, lakin keçmişdə “nüvə razılaşmalarını sabotaj etmək” üçün addımlar atıb.
İsrailin birbaşa məsuliyyəti öz üzərinə götürməməsi və “biz deyilik” deməsi normaldır. Çünki açıq müharibəyə başlasa, ABŞ-ı çətin vəziyyətə salacaq. Tel-Əviv bir daşla iki quş öldürməyi hədəfləmiş ola bilər.
İranın daxili təhlükəsizlik zəifliklərini dünyaya göstərmək və danışıqları pozmaq cəhdi bu ehtimalı artırır. Digər tərəfdən Tel-Əviv onu da bilir ki, Tehran bu danışıqlarla vaxt udmaq istəyir. Çünki, nüvəsiz İran Donald Trampın qırmızı cizgisidir və ABŞ prezidenti zənginləşdirilmiş 60 faiz uranı üçüncü bir ölkəyə verilməsini tələb edir. İran isə bununla razılaşmayacaq. Yəni bu dəfə də, danışıqlar nəticəsiz bitəcək.
İran daxilində rejimə qarşı çıxan qruplar var. Məsələn, Xalq Mücahidləri, Bəlucistan Azadlıq Ordusu, Ceyş-ul-Adl.
Bu qruplar əvvəllər də təxribat törədiblər. Ola bilsin ki, onlar İranın iqtisadi mərkəzlərinə hücum edərək rejimin zəifliyini göstərmək istəyiblər.
Amma belə böyük limanda onların bu böyüklükdə partlayış yaradacaq əməliyyatı həyata keçirmək imkanları məhduddur. Üstəlik, dok işçiləri və məmurlar arasında belə bir əməliyyatı gizli təşkil etmək çətin olardı. Beləliklə, ehtimal azdır, lakin sıfır deyil.
İran daxilində əks qüvvələr nüvə danışıqlarını pozmaq və sərt xətti gücləndirmək üçün belə bir “qəza” təşkil etmiş ola bilər. “Görürsən, biz Qərblə anlaşmaq istəyəndə ölkəmizə hücum edirlər” kimi təsəvvür yaratmaq... Bu nəzəriyyə təbii ki, çox inandırıcıdır.
Ancaq belə bir daxili əməliyyat üçün hələ kifayət qədər dəlil yoxdur. Bəlkə günlər sonra ortaya çıxan ipuçları bunu dəstəkləyə bilər.
ABŞ və ya müttəfiq aktorlar ola bilərmi? ABŞ İran limanında partlayış törətməklə birbaşa məşğul olmayacaq. Bunun üçün müxtəlif vasitələr var. Amma kiçik bir müttəfiq qrupu (məsələn, Körfəzdə İrana kin bəsləyən bəzi ərəb dövlətləri) yerli casuslarla belə təxribat törətmiş ola bilər.
Yenə də belə bir hücum İranı birbaşa hədəfə almağa risk etməyənlər üçün problem yaradacaq. Beləliklə, ehtimal çox azdır.
***
Tehran hələlik “dərin sükut” strategiyası həyata keçirir. O, dərhal ittiham irəli sürmür, baş vermiş hadisəni sanki qəza kimi təqdim edir. Bununla belə diplomatik danışıqlarda “baxın, sülhə açıq olsaq da, daxildən hücuma məruz qalırıq” deyərək qurban kartını oynaya bilər. Daha sonra heç kimin gözləmədiyi halda bu əməlin əsl səbəbkarlarına qarşı səssiz və qətiyyətli hücuma keçə bilər. Bu vəziyyət də xalqı daxildən bir araya gətirir. Bu həm də xaricdə “İran müharibə istəyir” görüntüsü yaratmır. Zamanı və yeri də özü seçir.
Rejim “dərhal cavab tədbirləri” haqqında qərar verə bilər. O, partlayışa görə İsraili və ya başqa bir aktoru ittiham edə, tez cavab kimi Livan və ya Yəməndən İsrailə hücum gerçəkləşdirə bilər.
Bununla da daxili ictimai rəyə “İran zəif deyil” mesajını ötürülər. Amma bu taktika çox risklidir. Çünki bu, ABŞ və İsrailin “qanuni müdafiə” bəhanəsi ilə daha böyük hücuma keçməsinə zəmin yaradar.
İran hazırda iqtisadi cəhətdən belə bir müharibəyə tab gətirəcək vəziyyətdə deyil. Bu, həm də nüvə danışıqlarını tamamilə pozacaq. Ona görə də dərhal qisas almaq inandırıcı deyil.
Təbii ki, bütün bunların əsasında “təxribat” ehtimalı dayanır... Və bəzən qəza sadəcə qəzadır.