Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
13:43 | 28 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 159 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
AfD Berlindəki federal qərargahında problem yaranıb. Qərargahın yerləşdiyi mülkün sahibi partiyaya qarşı qanuni tədbir görməyə başlayıb. Yerli medianın yazdığına görə, İfrat sağçı, anti-immiqrant AfD Berlin-Reinickendorfdakı partiya qərargahını boşaltmalı olacaq.
“Bild” qəzetinin araşdırmasına görə, mülk sahibi Berlin II regional məhkəməsinə evdən çıxarılma iddiası qaldırıb. Buna səbəb AfD-nin fevral ayında partiyanın mülkün sahibinin razılığı olmadan binaya görünən partiya reklamlarını asmasıdır.
***
AfD 2022-ci ilin payızında təqribən 2400 kvadratmetrlik ümumi sahəsi və 20 parkinq yeri üçün üç icarə müqaviləsi imzalamışdı. Partiya Berlinin şimal-qərbindəki ofisləri üçün ayda 42775 avro icarə haqqı ödəyir. Ev sahibi əvvəldən binada siyasi reklamı qadağan etmişdi və hesab edir ki, bu qadağaya əməl edilmir.
2025-ci ilin fevralında Federal Parlament seçkilərini qeyd edərkən AfD öz loqosunu binanın fasadına proyeksiya etmişdi. Daxili həyətdə çadırlar qurmuş və digər kirayəçilərin girişini əngəlləyərək tədbirlər keçirmişdi. Ev sahibinin sözlərinə görə, bu, təkcə müqavilənin pozulması deyil, həm də artan risk idi.
***
Mülk sahibinin martın 6-da kuryer tərəfindən göndərdiyi məktubda partiyaya xəbərdarlıq edilmədən müqaviləyə xitam verilməsi barədə məlumat vardı. Hazırkı iddiada AfD özünü tamamilə hər şeydən və hər kəsdən üstün kimi görməkdə ittiham olunur. Xitam məktubuna görə, kirayəni davam etdirmək əsassızdır.
Partiya ittihamları rədd edib. Cavabında partiya iddia edib ki, ev sahibi siyasi aktivlik gözləməli idi. Bundan əlavə, fasadın yalnız kiçik bir hissəsi işıqlandırılıb. Digər kirayəçilər tərəfindən heç bir şikayət bildirilməyib.
AfD ev sahibinə təzminat və gələcək işlərə görə 10.000 avro təklif edib. Lakin ev sahibi bundan imtina edib və oartiyanı məhkəməyə verib. İddia ərizəsində o, AfD-nin təklifini ələ salma kimi qiymətləndirib. O, partiyanı başqa yerdə otaq tapa bilmədiyi üçün əmlakdan əlverişli şərtlərlə siyasi tədbirlər üçün istifadə etməkdə davam etməkdə ittiham edir. AfD məsələ ilə bağlı şərh verməyib.