vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
OLAY  
08:46 | 16 may 2014 | Cümə Məqaləyə 2119 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Metroda yanğın

Vaqonda tüstülənmə olub və dərhal sərnişinlər evakuasiya olunub, «Bakı Metropoliteni» rəsmi açıqlama yaydı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu dəqiqələrdə Bakı Metropolitenində həyəcanlı anlar yaşanır. «Qafqazinfo»nun hadisə yerində olan əməkdaşının sözlərinə görə, metronun «Həzi Aslanov» stansiyasına giriş bağlanıb. Buna səbəb hansısa vaqonun nasaz olduğu bildirilir.

«Həzi Aslanov»dan «Dərnəgül» istiqamətinə gedən vaqon isə 10 dəqiqədən artıqdır ki, tuneldə qalıb. Nəticədə sərnişinlər arasında həyəcan yaşanır. Bəzi sərnişinlərin səhhətində problem yaranıb.

Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxlamağa çalışırıq. İrəliləyən dəqiqələrdə bu barədə məlumat veriləcək.

***

Artıq «Həzi Aslanov»a giriş açılsa da qatarların hərəkətində problem var. Belə ki, vaqonlar tez -tez dayanaraq hərəkt edir.

***

Bu səhər saat 8 radələrində Həzi Aslanov – Dərnəgül xətti ilə hərəkət edən qatarda yanğın baş verib.  ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə metronun Koroğlu stansiyasında meydana gəlib.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və dövlət yanğından mühafizə briqadaları cəlb olunub. Məlumata görə, hazırda sərnişinlər stansiyadan təxliyyə olunublar. 

Baş vermiş hadisə səbəbindən bir çox stansiyalarda qatarların hərəkətində fasilə yaranıb. Hadisə şahidləri bildiriblər ki, «Qara Qarayev» stansiyasında da qatarın hərəkəti dayandırılıb və maşinist fasilənin təhlükəsizlik qaydalarına riayət etmək üçün yarandığını deyib. Bəzi sərnişinlər isə qatarda yanıq iyi hiss etdiklərini bildirmişdilər.

***

Metropoliteinin mətbuat xidmətindən «Qafqazinfo»ya bildirilib ki, hadisə bu gün səhər saat 08.09-da «Koroğlu» stansiyasında 38 saylı marşrut üzrə hərəkət edən qatarın 4 vaqonunda baş verib. Həmin vaqonda tüstülənmə olub və dərhal sərnişinlər evakuasiya olunub. Yaranan problemi aradan qaldırmaq üçün metroya giriş bir müdəət dayanıb. Qatara yerində baxış keçirilib və depoya aparılıb.

Hadisə nəticəsində xəsarət alan yoxdur və saat 08:30-dan etibarən metronun hərəkətində heç bir problıem yoxdur.