Fond hamınındır
Burada neft pulu yığılmır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Azərbaycan xalçası-ilmələrin rəqsi”
Yeni xalı kolleksiyası təqdim olunub
-
Kürdəxanılılar arzusuna çatdı
“Yeniləşən Azərbaycana - yeni məktəb” davam edir
-
Yubileyi UNESCO-da qeyd ediləcək
Hacı Zeynalabdin Tağıyevin təvəllüd tarixindəki qeyri-müəyyənlik nə ilə bağlıdır?
-
Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldıldı
Tarix və millət qarşısında xidməti olanları Azərbaycan xalqı qəlbində yaşadır
-
“Zamanında...” – bu dəfə Bakıda
Rus avanqard rəssamlarının əsərlərinin sərgisi
-
Qışın ən böyük festivalı
“Zima”ya iki gün qaldı...
-
Milli milyonçumuz
Şəxsi evlər inşa edən ustadan xalqın evini tikən ustada, sər-səxavətilə Həcci daha da şərafətləndirən HACIya çevrilmiş Zeynalabdin Tağıyev...
-
Şeir, incəsənət və mənəviyyat
Azərbaycanda ilk dəfə Nəsimi Festivalı keçiriləcək
-
“Heç yerdə görməmişəm”
Ahəngi adamı Bakının keçmişinə aparan möcüzəli məkan
-
Məşhur yazıçının qızına vəzifə verildi
Günel Rzayeva yeni açılan mərkəzin direktoru oldu
-
Fonddan Qardabaniyə hədiyyə
-
Parisdə “Bakı Prosesi”nin 10 illik yubileyi
“Mədəniyyətlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi konkret layihələr Azərbaycanın avanqard qabiliyyətini əks etdirir”
-
Təbiət və dəbin vəhdəti
Heydər Əliyev Mərkəzində “Moda məkanı” sərgisi
-
Leyla Əliyeva uşaq festivalında
Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm bayram keçirilib
-
Moskvada «Xocalıya ədalət!» istənildi
Polad Bülbüloğlu: «İnsanları azərbaycanlı olduqlarına görə öldürüblər...»
-
İDEA-dan ideal aksiya
Leyla Əliyeva «Xocalıya ədalət!» kampaniyası çərçivəsində ağacəkmə tədbirində iştirak edib
Paris mətbuatı Ollandın ağac əkməsini bir az lağa qoyub. Hətta sxem çəkib göstəriblər ki, su hardan tökülməlidir və s. Məncə ağac əkməyin yolunu Heydər Əliyev Fondundan öyrənmək lazımdır. Və təkcə bunu yox. Bu həftə on yaşını qeyd edən Heydər Əliyev Fonduna başqa rakursdan yanaşaq.
Azərbaycanda
çörək verən adam, xeyirxah adam ifadələri var. Bu, ifadələrin hansı yolla
olursa-olsun qazanılmasına baxmayaraq, öz qazancını kasıb-kusuba paylayanlara
şamil edirlər. Hətta, bir də görürsən ki, hansısa nazir müsahibə verir və
buyurur: «Demirəm ki, oğurlama, onsuz da oğurlayırsan, oğurla, amma insafın
olsun, yoxsulu da, fağır-fuğuru da nəzərə al, onlara əl tut». Quldurun,
yaramazın birinə yalnız ona görə çörək verən adam deyirlər ki, bu adam, tutaq
ki, işçisinin qızına bir yataq dəsti cehiz verir, o da gedir haram övlad
əkməyə.
Xeyriyyəçi
əli kimi başlayan sonra kiminsə, cibində tutulan şəriyyəçi əlləri hələ
dünənədək görə bilərdik. Heydər Əliyev Fondu alabaş mərhəmət əllərini,
adda-budda açılıb yumulan səxavət ovuclarını kooperativ mürvət budkaları kimi
yollardan, palatkalardan, minarə diblərindən yığışdırdı və Mərkəzləşdirdi.
Məncə Heydər Əliyev Fondu «Hacı Zeynalabdin Tağıyev kişi adamdır» klassik
təfəkküründə ciddi islahatlar apardı. Bu gün Azərbayanın Xeyriyyəçilik modeli,
necə deyərlər beynəlxalq sertifikata sahibdir. Bu insafın sərhədləri Luvr
muzeyindən tutmuş Hindistanın ucqar stadionuna qədər böyük bir ərazini əhatə
edir.
Heydər
Əliyev Fondu oğrun mərhəmətçiliklə mübarizəni elan etmədən aparır və kifayət
qədər cəsarətlə. Məsələn, bizdə yardıma çox riskli və məncə çox təhlükəli
yanaşma tərzi var. Mötəbər adamların, ağsaqqalların, ağbirçəklərin dilindən az
eşitməmişik ki, «sağ əlin etdiyini sol əl bilməlidir!» Amma niyə? Nə üçün
bilməməlidir? Bu oğruluqla əl altdanlıq arasındakı bir-birinə qarışmış sərhəd
pintiliyi kimə sərf edir? Bu, hətta çirkli pulların yuyulması tərzini
bəraətləndirir.
Heydər
Əliyev Fondu insafın ünvanını anonimlikdən çıxardı. Bu, Fonda qədər
Azərbaycanda iki aparat var idi. Bunlardan biri təbii ki, dövlətin inzibati aparatı
idi. Bura Prezident başda olmaqla hakimiyyətin bütün qolları daxil idi.
İkinci
aparat Qafqaz Müsəlmanları İdarəsi idi. Bu aparatın da işi ruh və ruhaniliklə
bağlı idi. Qeyri dünyəvi məsələlərin idarəçiliyinə baxın.
Heydər
Əliyev Fondu cəmiyyətin həyatına üçüncü aparat - Mərhəmət institutu kimi daxil
oldu və bununla kifayətlənmədi. Bu, Fond milli-mənəvi dəyərlər sistemimizin
yaşamasını və müdafiəsini öz üzərinə götürdü. Mədəniyyət modellərinin
cangüdəninə çevrildi. Muğamat mühafizəkarlığını «Eurovision» ultra müasirliyi
ilə uyğunlaşdırmağı bacardı. Və ən başlıcası. Vətəndaş hansısa, xeyriyyəçinin
qapısını döyməyə, özünü alçaldaraq kimdənsə, yardım istəməyə məcbur olmur.
Sonra kiminsə qarşısında gözükölgəli olmur. O, Heydər Əliyev Fondundan kömək
umur, bu köməyin müqabilində özünü yazıq və acınacaqlı bir halda hiss etmir.
Fond bu 10 ildə 10 minlərlə insana, uşağa, qocaya, imkansıza kömək edib,
xarakterindəki çoxmissiyalılıq onu dünyada oxşarsız edib. Şəxsən mən dünyada
ikinci belə Fond tanımıram. Burada şəxsiyyətin rolunu da danmaq olmaz. Ona görə
ki, Heydər Əlyev Fondu ölkənin birinci xanımının Mehriban Əliyevanın birbaşa
rəhbərliyi altında fəaliyyət göstərir. Birinci xanım institutu Azərbaycanda
məhz Mehriban xanımla yaranıb. Keçmiş birincilərin xanımları bir qayda olaraq
arxa planda qalardılar, ya da uzaqbaşı yüksək rütbəlilərin dəfn mərasimində
gözə dəyərdilər.
Birinci
xanımların yaratdığı qıcıqları da görmüşük. Məsələn, Raisa Qorbaçovanın Mixail
Qorbaçovla tandemini ikrahla xatırlayanlar o qədərdir ki. Ona görə ki, Raisa
özünü yox, ərini biabır etməklə məşğul idi. Mehriban xanım özünə qazandığı
hörməti prezidentə olan ümumi hörmətin tərkib hissəsinə məharətlə çevirir. O,
eyni zamanda öz yerini də çox yaxşı bilir. Həmişə Prezidentdən bir neçə addım
arxada. Yalnız Prezidentdən sonra. Bu, bir Şərq qadınının Qərb dəyərlərini
gözəl bilsə də öz mənəvi qaydalarımıza riayət etməsinin bir şəklidir. Heydər
Əliyev Fondunun rəhbəri kimi həm də Azərbaycanın dünyəvi dövlət imicini hər
addımda təsdiq edir, söhbət bayaq adını çəkdiyimiz Luvr muzeyinin təmirindən və
ya Bədii Gimnastika kimi cəsarətli idman növü üzrə Avropa çempionatını İranın
qonşuluğuna gətirməkdən getmir. Söhbət birinci xanımın bütünlüklə üslubunun,
tərzinin Azərbaycanın dünyəvi dövlət kursunun beynəlxalq səviyyədə
afişalandırılmasından gedir. Mehriban xanım öz görkəmi ilə cəhalətə,
Azərbaycanı geri çəkən tendensiyalarla mübarizə aparır. Bu gün on minlərlə qız
özünü məhz Mehriban xanıma bənzədir, onun kimi geyinməyə, onun kimi danışmağa
çalışır. Bu mübarizə bu gün radikal təriqət adamlarının fəallaşdığı,
Azərbaycanı əmirlik tikələrinə bölməyə amadə qara-quraların arasında xüsusi
əhəmiyyət kəsb edir və Azərbaycanın dünyəvi dövlət kimi nişanəsidir. O həm də
dövlət başçısını hamıdan çox görən şəxsdir.
Bu isə
ona Heydər Əliyev Fondunun prezidenti kimi problemlərin həllinə başqalarından
daha yaxın olmaq kimi bir şans verir. Mən bilmirəm niyə, amma bu faktoru yaxşı
hal saymayanların səmimiyyətini anlamıram. Nəyi pisdir ki, Prezident yanındadır
və sən ona hər gün hansı məsələ ilə bağlı sual vermək imkanı qazanırsan.
İş elə
gətirdi ki, birinci xanımdan çox danışası olduq. Amma elə əslində bu barədə
danışmaq Fond barədə danışmaqdır. Bu Fonda neft pulu yığılmır. Bu Fond
hamınındır və hər kəsindir.