100-dən çox avtobus sürücüsü işdən çıxarıldı
Sahibkarlar avtobusu sükandan başqa heç nəyi tanımayan şəxslərə verirlər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Faciədən möcüzəli xilas
Eniş zolağında toqquşan iki təyyarədən birinin quyruğu qopdu
-
Çində faciəvi qəza
Şagird və valideynlərin üzərinə şığıyan avtobus xeyli sayda ölüm və yaralanmaya səbəb oldu
-
17 il əvvəl qəzaya uğrayan təyyarənin qalıqları tapılıb
Bir il qabaq başlanan axtarış nəticə verdi
-
Rus pilot ölüb
Sibirdə qəzaya uğrayan bombardmançının 3 ekipaj üzvü xəstəxanaya yerləşdirilib
-
Tıxac probleminin çarəsi – tramvay?
Alternativ xidmətlərə ehtiyac yaranıb
-
Mədən qəzasının fəsadları artır
Bartındə ölənlərin sayı 40 nəfərə çatıb
-
Hər kəs həddini bilməlidir
Sutkada 12 saat sükan arxasında sürücü də insandır və onun da səbrinin həddi var
-
Trafik canavarı “zirvə”də - 342
Ən çox zərərçəkənlər kişilərdir
-
O “Avtobus”la “Çarəsiz sərnişinlər” gələcək...
Sizin, mənim, hamımızın görüb deyə bilmədiklərimiz
-
Sürücülərin nəzərinə!
Bakının mərkəzi küçələrində yol nişanları dəyişdirildi
-
“Böyük depressiya”
Yaxud “Tompson” avtomatlı “Traffic canavarı”
-
İctimai nəqliyyat - absurd teatrı
Yaxud arvadların kişilərə göz verib, işıq vermədiyi məkan
-
Sərxoşlar “Təmiz hava”nın qurbanı oldu
Yol polisi reyd keçirdi
-
“50 manat cərimə …”
Sürücülərə xəbərdarlıq
-
Marşrutlarına qayıdırlar
“Formula 1”lə bağlı istiqamətini dəyişən avtobuslar əvvəlki rejimə qayıdır
-
Bilet atlıdır, sərnişin piyada
Camaatın tapa bilmədiyini alverçi haradan alır?
Avtobus qəzalarının azalması üçün mütəmadi olaraq aparılan reydlərdə 100-dən çox sürücü işdən kənarlaşdırılıb və sahibkarlara töhmət verilib. ANS TV-nin məlumatına görə, son zamanlar avtobus və yük maşınlarının iştirakı ilə baş verən qəzalarda ölənlərin sayı xeyli artıb. Bir-birinin ardınca baş verən bu cür hadisələrdə həyatını itirən kim, sağlamlığı təhlükə altında qalan kim...
Əgər bu qəzaların bir qismi sürücü səriştəsizliyindən irəli gəlirsə, digər bir qismində marşrut xətt sahiblərinin böyük rolu var. Çünki sahibkarlar bəzən avtobusda sükandan başqa heç nəyi tanımayan şəxsləri işə götürürlər, üstəlik onlara gündəlik elə bir plan qoyurlar ki, nəticədə sürücü dəfələrlə yol hərəkət qaydalarını pozur. Həm özünün, həm də başqalarının həyatını riskə ataraq.
Düzdür, Nəqliyyat Nazirliyi bu cür sürücülərə, eləcə də sahibkarlara qarşı cəza tədbirləri gördüyünü deyir. Amma nəticə hələ də qənaətbəxş deyil.
NN-in mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, reydlər zamanı onlarla sürücü xətdən kənarlaşdırılıb, bəzi sürücülərə isə ciddi xəbərdarlıq edilib. Reydlərin məqsədi avtobusları peşəkar sürücülərə həvalə etməkdir. Sürücülük vəsiqəsi və tibbi arayışı düzgün olmayan sürücülər işə götürülməməlidir.
Baş verən avtobus qəzalarına daha təəccüblənmirik. Çünki az qala gündə bir neçə yerdə avtobus sürücülərinin törətdiyi qəzaların şahidi oluruq. Son bir həftədə təkcə dairəvi yolda iki belə hadisənin baş verməsi, eyni zamanda paytaxtın Qaradağ rayonunda 3 sərnişin avtobusunun toqquşması buna əyani sübutdur. Bu tip hadisələri qaçılmaz edən əsas səbəblərsə yüksək sürətlə idarə etmə, digər nəqliyyat vasitələri ilə ötüşmə, düzgün manevr etməməsidir. Ekspertlər sürücülük vəsiqəsi olmayan, sağlamlığında hər hansı bir problem yaşanan sürücülərin işdən uzaqlaşdırılmasını, onların daha peşəkarları ilə əvəz edilməsini vacib sayırlar.
Ekspert Ərşad Hüseynov bildirib ki, sürücüləri işə qəbul edərkən onların peşə hazırlığına xüsusi diqqət yetirilməlidir. Bundan əlavə hər bir sürücü reysə çıxmazdan qabaq tibbi müayinədən keçməlidir.
Düzdür, Dövlət Yol Polisi tərəfindən təşkil olunan reydlərdə avtobus sürücüləri də az hədəfə çevrilmir. Dəfələrlə yol polisinin sürücünü və sərnişinləri avtobusdan düşürərək nəqliyyat vasitəsini cərimə meydançasına apardığını şahidi olmuşuq. Buna səbəbsə çox vaxt sürücülər tərəfindən pozulan yol hərəkət qaydaları, nəqliyyat vasitəsinin sənədsiz idarə olunmasıdır. Bu cür şəxslər işdən uzaqlaşdırılmalı olduğu halda çox təəssüf ki, səhəri gün eyni mənzərə ilə yenidən rastlaşırıq. BŞDYPİ isə mübarizə tədbirlərinin aparılmasına rəğmən bu cür qəzaların sayında azalma əvəzinə artımın olduğunu deyirlər.
BŞDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev qeyd edir ki, avtobus sürücüləri tərəfindən 29 yol-nəqliyyat hadisəsi törədilib. Nəticədə 12 nəfər həlak olub, 34 nəfər isə yaralanıb. Ötən illə müqayisədə avtobus sürücüləri tərəfindən törədilən qəzalarda 10, ölənlərdə 2, yaralananlarda isə 17 fakt artım müşahidə olunur.
Hər halda bu sahəyə nəzarət lap çox gücləndirilməlidir ki, qəza və ölənlərin rəqəm sayı azalsın. Bu isə sürücülərdən daha çox məsul şəxslərdən asılıdır.