Azərbaycanda arağı ən çox hansı bölgədə içirlər?
Bu rayonlar haqqında deyilən mif dağıldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Şərab butulkasının sirri
Bilirsiniz niyə şərab şüşələri 750 ml-dir?
-
Xaçmazda meşə yanır
Xudat yolu bağlanıb, istirahət mərkəzinin əməkdaşları təxliyə olunub
-
Xəyanətin qurbanı Fətəli xan
“II İraklinin məni zəhərləyəcəyini bilə-bilə xəbərdar etmədilər”
-
Səfirlər Qubaya gedib
ABŞ və İsrail dağ yəhudilərinin mədəniyyətini nümayiş etdirmək üçün birgə layihəyə başlayır
-
Alkoqolun riyaziyyatı
Nə qədər və necə içmək ziyansızdır?
-
Qan yaddaşımızın 101-ci ili
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qubada anım mərasimi və konfrans keçiriləcək
-
İqtisadi biliklərin müzakirəsi
“Gənc biznesmenlər” layihəsinin ilk təlimi Qubada keçirilib
-
Quba almasından yeni məhsul - “Made in Azerbaijan”
“Moskva ilə bir milyon dollarlıq müqaviləmiz var”
-
Analiz
(hekayə)
-
1,5 litr içki və 200 ədəd siqaret
Alkoqol və tütün məhsullarının idxalı qanunu dəyişir - 2 dəfə azaldıldı
-
300-ə də var, 2000-ə də...
Hotel qiymətləri bölgələrdə niyə bahadır?
-
İçki içənlərin 4 qrupu var
Siz hansındasınız?
-
Meyvə çayının dişlərə təsiri məlum oldu
Tərkibində turşu olan içkilər eroziya yarada bilər
-
Aralarında qadın və uşaqlar da var
Azərbaycanda 20 mindən çox alkoqolik qeydə alınıb
-
... Gələn ildən hansı idxal mallarının qiyməti dəyişəcək?
Nazirlər Kabinetinin yeni qərarına əsasən ...
-
Müxtəlif spirtli içkilərin əhval-ruhiyyəmizə fərqli təsiri
Alimlər hesab edir ki, bərk içkilər aqressiyaya, şərabla pivə isə əsasən rahatlıq və yuxululuğa səbəb olur
Bir neçə gün öncə Rusiya İctimai Palatasının Ekspert-Analitik Mərkəzi, bu ölkədə ən çox spirtli içkinin hansı regionda istehlak olduğu barədə statistikasını açıqlamışdı. Həmin məlumatda qeyd olunurdu ki, Rusiyada spirtli içki istehlakının ən yüksək olduğu yerlər Maqadan vilayəti, Çukotka muxtar dairəsi və Komi Respublikasıdır. Ən az şərab içilən bölgələr isə Çeçenistan, İnquşetiya və Dağıstandır.
Bəs Azərbaycanda vəziyyət nə yerdədir? Spirtli içki ən çox hansı bölgəmizdə istehlak olunur? Sputnik.az bu barədə ölkədə spirtli içki istehsalı ilə məşğul olan bir neçə yerli şərab zavodu ilə əlaqə saxlayıb.
«Bakı Şərab ASC»dən bildirilib ki, respublikanın bütün bölgələrindən sifarişlər olunsa da, ilk sırada Qusar və Lənkəran gəlir: «Bizim məhsullara sifariş daha çox paytaxt ərazisi və şimal rayonlarından olur. Qusar, Quba, Xaçmaz. Amma konkret desək, ən çox Qusar və Lənkərandan sifarişlər edilir. Şəmkirdən, Gəncədən də sifarişlərimiz az deyil». «İllik istehsalın həcmini proqnozlaşdırmaq olmur. Açığı desəm, axır vaxtlar satış olduqca zəifdir. Demək olar ki, son iki aydır işləməmişik. Qiymətləri artırmamışıq, ancaq alver yenə də zəifdir, məhsullar satılmır. Qiymətləri normal saxlamışıq ki, satışımız olsun. Alternativ araqlar çoxdur, ona görə qiymətləri qaldıra bilmirik ki, bazardakı payımızı itirərik», - «Bakı Şərab ASC»-dən bildirilib.
Ölkənin ən iri şərab istehsalçılarından olan, Ağsuda yerləşən «Az-Granata» ASC-nin marketinq meneceri Zamiq Əliyev də «Sputnik»ə açıqlamasında deyib ki, spirtli içki sifarişi daha çox şimal bölgələrindən gəlir: «Şimal rayonlarımızdan sifarişlər daha çoxdur. Konkret açıqlamaq lazımdırsa, Quba ilk sırada gəlir». Z.Əliyev, zavodun illik istehsalının həcmi ilə bağlı məlumatları açıqlaya bilməyəcəklərini deyib: «İllik istehsalın həcmi ilə bağlı rəqəmlər bizdə konfidensialdır, yəni konkret rəqəmləri açıqlaya bilmirik».
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə, mövzu ilə bağlı bildirib ki, hansı bölgəmizdə daha çox spirtli içki istehlak olduğuna dair onlarda dəqiq rəqəmlər olmasa da, bəzi məlumatlara malikdirlər: «Bizdə olan məlumatlara görə, ölkədə ən çox şərab istehlak olunan rayonlar Quba və Xaçmazdır. Sözün düzü, bu barədə məndə dəqiq statistik məlumatlar yoxdur. Ancaq, təxmin edirəm ki, Azərbaycanda şərabı ən çox Quba və Xaçmazda içirlər». Tam dəqiq statistikanı öyrənmək üçün Dövlət Statistika Komitəsindən məlumat almağa çalışsaq da, cəhdimiz baş tutmadı.