
Karbon qazını cilovlamaq
Mütəxəssislər canavarların ətraf mühitə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini düşünür
Mütəxəssislər canavarların ətraf mühitə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini düşünür
“Balanslar dəyişir, ekstremal təbiət hadisələri artır”
Nazir fəlakətlərə görə iqlim dəyişikliyini səbəb göstərir
Çirkli hava Alzheimera tutulma riskini daha da artırır
Meşələrin qlobal istiləşməyə qarşı daha bir mühüm töhfəsi aşkar edilib
Barbekyu, elektrik xətləri, şüşə qırıntıları daha çox alovlanmaya səbəb olur
Güclü isti dalğası Avropada fəlakətə səbəb olub
Meşə təsərrüfatının illik statistikası açıqlandı
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
İsmayıllı meşəsində yanğın tamamilə söndürülüb
Dumanlı Albionda canavara təcili ehtiyac yaranıb
Bu rayonlar haqqında deyilən mif dağıldı
Dəmir parçası təəssüf ki, öz təyinatını itirib
Meşədəki alovu dayandırmaq üçün FHN helikopterləri cəlb oluna bilər
3 yanğının qarşısı alınsa da, 1 ev tamamilə yanıb
Xaçmaz rayonunda yanğın nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik xətti qırılıb. Nəticədə Xaçmaz şəhərinə və ətraf kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
16:35
Xaçmaz-Xudat avtomobil yolu bağlanıb.
Buna səbəb Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında baş verən yanğın hadisəsidir.
Məlumata görə, hazırda Gəndob-Yalama yolu istiqamətindən keçən hissədə müvəqqəti postlar qurulub, nəqliyyat vasitələri alternativ yollara yönləndirilir.
Güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olur, bu səbəbdən qabaqlayıcı tədbirlər görülür.
Ərazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunub.
16:05
Xaçmaz rayonunda meşə massivində güclü yanğın başlayıb.
Yanğın Xaçmaz-Xudat yolunun Müzəffəroba kəndindən keçən hissəsində, yolun hər iki tərəfinin kənarında yerləşən ərazidə qeydə alınıb.
Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikası əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. (“Report”)